HAMİLƏLİK ZAMANI DƏMİR ÇATMAZLIĞI

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 810
  • 0 rəy

HAMİLƏLİK ZAMANI DƏMİR ÇATMAZLIĞI
Hamiləlik zamanı qanda dəmir çatmazlığı ana və uşağın sağlamlığında böyük rol oynayır. Dəmir çatmazlığı doğulacaq uşaqda bəzi xəstəliklərin baş verməsinə səbə ola bilir. Bunlara aşağıdakılar aiddir:
– immun sistemin zəifləməsi
– infeksion xəstəliklərə meyillik
– körpənin ölümü
Hamılə qadın qidasına və həkimin göstərişlərinə 9 ay boyunca əməl edərsə qanda olan dəmir çatmazlığının qarşısını ala bilər.
Hamiləlik zamanı ananın qanında artıma ehtiyac duyulur. Çünki, qan vasitəsilə döl oksigenlə qidalanır. Bu səbəbdən də ananın qan hüceyrələrinin daima təzələnməsinə və qanda olan fermentlərin normal olmasına ehtiyac duyulur. Dəmir çatmazlığı ananın yarımçıq uşaq doğmasına, doğulan uşağın normadan artıq çəkiyə sahib olmasına səbə ola bilir. Buna görə də hamiləliyin son aylarında qanın analizlərini vaxtaşırı yoxlamaq, dəmirin normada olub olmamasını nəzarətdə saxlamaq lazımdır.
Hamilə qadın qandakı dəmir çatmazlığını ardan qaldırmaq üçün yediyi qidaya diqqət yetirməlidir. Belə ki, qidaların tərkibində dəmir çox olarsa dəmir çatmazlığını aradan qaldırmaq mümkündür. Tərkibində dəmirin çox olduğu qidalara aşağıdakılar aiddir:
– ət
– yaşıl tərəvəzlər
– kişmiş
– fındıq
– püstə
– yumurta
– quru lobya
Hamiləlik zamanı orqanizmin dəmirə olan ehtiyacı gün ərzində 3-4 mq-dır. Tərkibində dəmir olan qidaları yeməklə yanaşı, hamilə qadın bol vitaminli qidalar qəbul etməli və daima həkim nəzarətində olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"HAMİLƏLİK ZAMANI DƏMİR ÇATMAZLIĞI" haqqında müzakirə