DÜNYANIN FAYDALI 12 BİTKİSİ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 759
  • 0 rəy

DÜNYANIN FAYDALI 12 BİTKİSİ.
1. Aloe – bu bitki haqqında qədim tibbi kitablarda “1001 dərdin dərmanıdır”yazılıb. Amma dəri xəstəliklərində, günəş və qəza nəticəsində baş verən yanıqların müalicəsində tayı bərabəri olmadığı dəfələrlə sübuta yetirilmişdir.
2. Zoğal – bu bitkinin suyu bağırsaqdakı iltihabı kəsir, infeksiyanı sağaldır. İşlətməkəsici təsirə malikdir.
3. Çobanyastığı – adətən çayı dəmlənib içilir. Dezinfeksiyaedici təsirə malikdir. Qızdırmanı aşağı salır, aybaşı ağrılarını kısir.
4. Qəhvə – tərkibində olan kofein bədəndə olan ağrıları azaldır, soyuqlamada və qrip zamanı bədəni qüvvətləndirir.
5. Bənövşə – revmatoid artritn əlamətlərini azaldır, xolesterolu aşağı salır.
6. Razyana – bu bitkinin dəmləməsi broxların soyuqlaması zamanı öskürək əleyhinə təsirə malikdir. Bəlğəmgətirici gücü var, astma xəstəliyində faydası böyükdür.
7. Kətan toxumu – omeqa-9, omeqa-3turşuları ilə zəngindir. Tərkibində maqneizum, sink və digər minerallar var.
8. Sarımsaq – mikroblara və viruslara qarşı antibakterial təsirə malikdir. Təzyiqi aşağı salır, qanda şəkərin miqdarını normallaşdırır, xərçəng hüceyrələrinə öldürücü təsir edir.
9. Yarpız – əsasən böyrək və sidik yollarının infeksiyalarında əvəzolunmazdır. Böyrəkdə olan duzları, qum çöküntülərini tökdürmək qabiliyyətinə malikdir.
10. Nanə – həzmi normallaşdırır, əsəbləri sakitləşdirir, yuxunu normaya salır.
11.Gülxətmi – soyuqlama əleyhınə və qızdırmasalıcı təsirə malidir.
12. Bağayarpağı – sirəsi yarasağaldıcı təsirə malikdir. Mədə yaralarının sağalmasında bağayarpağı suyunun əvəzi yoxdur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"DÜNYANIN FAYDALI 12 BİTKİSİ" haqqında müzakirə