Təravətləndirici pəhriz

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 1 494
  • 0 rəy

Təravətləndirici pəhriz
Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə iki dəfə saxlamaq məsləhət görülür.
Səhər yeməyi: 1stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
İkinci səhər yeməyi: (saat 10.00) 1 stəkan meyvə şirəsi və ya  meyvə və ya tərəvəzlər
Nahar: təzə tərəvəzlərdən yaşıl salat (qöy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (herkiles) 3 xörək qaşığı ilıq suda 12 saat islatmaya qoyulur. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarımstəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtkəcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur. Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Təravətləndirici pəhriz" haqqında müzakirə