Günə başlamaq üçün 4 səhər proseduru

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 3 052
  • 0 rəy

Sağlamlığı qorumaq üçün ona müntəzəm qayğı lazımdır. Bir çox prosedurlar var, lakin ən effektlisi səhər oyandıqdan sonra edilənlərdir. Onlar sizin çox zamanınızı almayacaq, lakin sağlamlığınıza çox müsbət təsir göstərəcək. Burda müntəzəmlik əsas rol oynayır. Əgər bu tövsiyələr hər gün həyata keçirilərsə nəticə nəzərə çarpan olacaq. İlk vaxtlar bir az çətin olsa da , sonra bir vərdiş halına çevriləcək. Prosedurları həyata keçirmək üçün lazım olanlar: limon, su, bal, eləcə də hidrogen peroksid.

DİLİN TƏMİZLƏNMƏSİ
Biz səhərlər dişlərimizi təmizləyirik, amma dili təmizləmək kimi bir məşğələni də unutmamalıyıq. Bu prosedurun əhəmiyyətli olduğunu hətta qədimdən bilirdilər. Diş fırçası və ya xüsusi təmizləmə fırçası ilə bu “əməliyyatı” etmək olar. Nə üçün dil təmizlənməlidir? Bu yolla siz mədəyə düşə biləcək müxtəlif bakteriyaların müəyyən hissəsini təmizləyirsiniz. Dilin üzərindəki bakteriyalar çox zaman ağızda yaranan qoxuya və ağız boşluğundakı bir sıra xəstəliklərə səbəb olur.

1 STƏKAN İSTİ SU
Yuxudan sonra su balansının tənzimlənməsinin nə qədər əhəmiyyətli olduğunu çoxumuz bilirik. Filtir olunmuş qaynadılmamış suyu isti hala gəlincə qızdırmaq (qaynatmaq yox), bir stəkan dolduraraq üzərinə bir dilim limon və ya sadəcə limon suyu əlavə edilir. Yeməkdən 20 dəqiqə əvvəl içilir.
Belə içki nə üçün faydalıdır?
1. Bu növ hazırlanmış su həzm sistemini normaya salır, orqanizmi qida qəbulu üçün hazırlayır;
2. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamaq üçün müsbət təsir edir;
3. Qaraciyəri təmizləyir;
4. Limon suyunun tərkibində bir çox mikroelementlər (kalsium, fosfor, natrium, kalium, maqnium, dəmir), eləcə də, B və C qrupu vitaminləri mövcuddur.

YEMƏKDƏN ÖNCƏ BAL
Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı bal qəbul edib üzərindən su içmək lazımdır. Bal təbii və təzə olmalıdır.
Səhərlər nə üçün bal yemək lazımdır?
1. Bal-vitamin və mikroelementlərin mənbəyidir. Onun tərkibində orqanizmə enerji verən, beynin fəaliyyətinə və işləmə gücünə müsbət təsir edən fruktoza və qlükoza var;
2. İmmuniteti artırır;
3. Bu məhsul antioksidant xassəyə malikdir, orqanizmin yaşlanmasına müqavimət göstərir.

AĞIZ BOŞLUĞUNUN HİDROGEN-PEROKSİDLƏ YAXALANMASI
Səhər naharından sonra ağız boşluğunu hidrogen-peroksidlə yaxalamaq məsləhətdir. 5-7 damcı 3%-li hidrogen peroksidi 50 mq qaynanmamış təmiz su ilə qarışdırmaq lazımdır.
Nə üçün ağız boşluğunu belə məhlulla yaxalamaq lazımdır?
1. Karies, diş və damaq xəstəliklərinin qarşısını alır;
2. Ağızdan xoşagəlməz qoxu itir;
3. Dişlərdə bəyazlıq yaranır.

Bu prosedurları hər gün edin. Əhval-ruhiyyəniz mütləq yaxşıya doğru dəyişək.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Günə başlamaq üçün 4 səhər proseduru" haqqında müzakirə