Peyvənd etdirmək vacibdirmi? Vaksinasiyaya (peyvəndə) göstəriş və əks göstərişlər

  • Müəllif: elnare
  • Tarix: 28 mart 2017
  • Baxış sayı: 2 325
  • 0 rəy

Peyvənd etdirmək vacibdirmi? Vaksinasiyaya (peyvəndə) göstəriş və əks göstərişlər.
Hal-hazırda peyvənd məqsədilə 40-dan artıq vaksinasiya tətbiq edilir ki, onlardan yarısı diri vaksinlərin payına düşür. Vaksiya tətbiq edildyi zaman insanlarda yerli və ümumi əlamətlər verə bilir. Əlamətlər özünü ineksiya yerində qızatı və şişkinliyin olması, ümumi olaraq isə qızdırma ilə gəstərir.
Vaksinasiya zamanı xəstəliyin dəfələrlə aşağı salınmış dozasından istifadə edilir. Uzun illər vaksinasiyanın faydalı olub olmaması barədə müzkirələrin getməsinə baxmayaraq onun ziyansız olması, allergik reaksiyalar əmələ gətirməməsi, insanın genetikasına təsir etməməsi, uzun müddət saxlanılma effektliyi onun vacib olduğunu sübut etmişdir.
Vaksinasiya edilməkdə əsas məqsəd yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır. Vaksinasiya əhali arasında epidemiyaların yayılmasının qarşısını alır. Bəzi şərtlər zamanı isə vaksinasiyaya əks göstərişlər mövcud olur. Peyvənd edilmə zamanı aşağıdakılar əks-göstəriş sayılır:
* kəskin yoluxucu və somatik xəstəliklər
* kəskin allergik reaksiyalar
* mərkəzi sinir sisteminin xəstəlikləri
* qara ciyər, böyrək çatışmazlığı
* kəskin ürək-damar sistemi xəstəlikləri
* ağır immun çatışmazlıqları
* bəd xassəli xəstəliklər
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Peyvənd etdirmək vacibdirmi? Vaksinasiyaya (peyvəndə) göstəriş və əks göstərişlər" haqqında müzakirə