Qida plyonkası vasitəsilə arıqlamaq mümkünmüdürmü?

  • Müəllif: elnare
  • Tarix: 11 mart 2017
  • Baxış sayı: 2 864
  • 0 rəy

 Qida plyonkası vasitəsilə arıqlamaq mümkünmüdürmü?
Qida plyinka vasitəsi ilə arıqlamaq üsulu zərif cinsin nümayəndələri arasında geniş yayılmış arıqlama üsullarından biri hesab edilir.Bu vasitə qadınlara heç bir əziyyət vermədiyinə görə bir çox qadınlar bu vasitəyə əl atırlar. Çünki bu vasitəı ilə istənilən bölgənin piy toxumalarını əritmək və ya azaltmaq mümkündür. Plyonka istənilən piyli hisssənin sellüidini əritməyə qadırdır.Bunun üçün aşağıdakılara əməl eləmək lazımdır.
Sellüid oloan nahiyə təmizlənir,həmin hissəyə skrab və ya sellüid əleyhinə istifadə edilən mazlardan biri sürtülür və plyonka səliqə ilə həmin nahiyəyə yapışdırılır. Evinizdə sellüid əleyhinə maz varsa ondan istifadə eləmək daha məqsədə uyğun hesab edilir. Sonra kip paltar geyinilir və əli aşağıdan yuxarıya hərəkət etdirməklə massaj edərək həmin hissədə piy toxumalarının hərəkətlənməsini və isinməsini təmin etmək lazımdır.Arıqlamaq məqsədilə qarın,bel və ya bud bölgəsinə sarılmış plyonkanı bir-neçə qat da etmək olar.Nəzərinizə çatdırmaq istəyirəm ki,plyonkadan istifadə edərkən qalın geyinmək lazımdır.
Plyonkanın dəri və dərialtı toxumaya tətbiq və təsiri nədən ibarətdir?
1 Plyonka dərinin və dərialtı toxumanı isitməklə piy toxumasını da qızdırır və piylərin yanmasına səbəb olur.Bu proses sauna və ya qaynar duşu əvəz edir.
2 Prosedura başlayarkən dəriyə sellüid əleyhinə maz sürtmək proseduru daha da sürətləndirir.
3 Plyonkadan istifadə edərkən hər dəfə bədənin bir hissəsinə tətbiq edilməlidir.
4 Bu porosedur zamanı vaxtı və tərin ifrazını diqqət mərkəzində saxlamaq lazımdır.Nə qədər çox tərələmə baş verərsə o qədər də arıqlama müşayət olunur.
5 Plyonkanın sökən zaman tər qısa müddət ərzində silinməli,həmin nahiyəyə sellüid əleyhinə kosmetik krem sürtüb isti geyinmək lazımdır.
Əks göstəriş
Plyonka ilə arıqlamaq metodundan istifadə etmək aşağıdakı adamlara məsləhət görülmür:
- yüksək təzyiq xəstələrinə
- varikoz genəlmədən əziyyət çəkənlərə
- qalxanvari vəzin disfunksiyasından əziyyət çəkənlərə
- ürək-damar xəstələrinə
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qida plyonkası vasitəsilə arıqlamaq mümkünmüdürmü?" haqqında müzakirə