Hansı Həkim nəyi müalicə edir mütləq oxuyun ki biləsiniz

  • Müəllif: Dr.Nicat
  • Tarix: 24 yanvar 2017
  • Baxış sayı: 3 651
  • 0 rəy

 Androloq - (əslində belə bir bölmə dünyadan yığışdırılır Uroloq- androloq olaraq deyilir)  kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir.


Anestezioloq - cərrahiyyə əməliyyatları, ağır travmalar, şok vəziyyətləri və s. hallarda anesteziya (ağrısızlaşdırma, narkoz) ilə bağlı bütün məsələlərlə məşğul olur.


Allerqoloq - müxtəlif növ allergiyalar (qida, müxtəlif maddələr, toz və s.) üzrə mütəxəssis.

Kardioloq - Ürək xəstəliklərin müalicə edən həkimdir

Qastroenteroloq - bütün mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağı xorası, öd daşı xəstəliyi, pankreatit, disbakterioz və s.) mülicə edir.


Hepatoloq - qara ciyər xəstəliklərinin (hepatitlər, qara ciyər sirrozu və s.) müalicəsində ixtisaslaşdırılmış həkim.


Ginekoloq - qadın cinsiyyət sistemi xəstəliklərini müalicə edir.


Mama-ginekoloq - hamilə qadının sağlamlığı və hamiləliyin inkişafı ilə bağlı olan bütün məsələlərlə məşğul olan həkim.


Mammoloq - süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.


Hematoloq - qan və qanyaratma sistemi xəstəliklərini və patologiyalarını (anemiyalar, hemofiliya, trombositopeniya və s.) müalicə edir.


Genetik - genlərlə bağlı olan müxtəlif xəstəlikləri və pozulmaları (Daun sindromu, fenilketonuriya, mukovissidoz, Edvards sindromu, Patau sindromu, Marfan sindromu və s.) araşdıran və müalicə edən həkim.


Nevroloq - insanları sinir sistemində əmələ gələn xəstəlikləri müalicə edən həkimdir. Nevroloqlar miqren,nevralgiya,nevritlər,baş ağrıları, onurğaarası yirtıqları, radikuliti, lumbalgiyanı, lyumbaqanı və s. müalicə edir

Neyrocərrah - Sinir sistemi ilə bağlı ola əməliyyatları edən həkim

Dermatoloq - dəri xəstəliklərini (civzələr, ekzema, vitiliqo, dəmrov, qotur, piodermiya və s.) müalicə edən həkim.


Trixoloq - saç və baş dərisinin xəstəlikləri və pozulmaları ilə (keçəlləşmə, kəpək, saşların zəif olması və s.) məşğul olan həkim.


Oftalmoloq -  göz xəstəliklərin müalicə edən həkim

Ortoped - sümük-əzələ sistemi xəstəlikləri (yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s. ) müalicə edir.


Ortodont - ağızda dişlərin vəziyyətinin və yerləşməsinin patologiyalarını müalicə edən həkim.


Travmatoloq - travmalar və travmalardan sonra inkişaf edən sindromların 


Neonatoloq - yeni odoğulmuş uşaqlar üzrə mütəxəssis. Uşaq doğularkən səhhətinin inkişafını qiymətləndirir, anadangəlmə xəstəlikləri və pozulmaları müalicə edir.


Endokrinoloq - endokrin sistemi xəstəliklərini ("zob" xəstəliyi, şəkərli diabet, hiperprolaktinemiya və s.) müalicə edən həkim.


Uroloq - qadınlarda sidik ifrazatı sistemi (böyrəklər, sidik kisəsi, sidik yolları, uretra), kişilərdə - sidik ifrazatı sistemi və cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, varikosele və s.) və kişi sonsuzluğunu müalicə edir.


Nefroloq - böyrək xəstəliklərini və patologiyalarını (qlomerulonefrit, böyrək daşı xəstəliyi, pielonefrit, nefrit, xroniki böyrək çatışmazlığı və s.) müalicə edir.


İnfeksionist - infeksion xəstəliklərini (dizenteriya, quduzluq, tetanus, botulizm, bruselyoz, gənə ensefaliti, virus hepatitləri və s.) müalicə edir.


Stomatoloq -  diş xəstəliklərin müalicə edən həkim

Dietoloq -  qida rasionunun tənzimləyən həkim

Ftiziatr - vərəm xəstəliyinin müxtəlif növlərinin (dəri vərəmi, cinsiyyət orqanlarının vərəmi, bağırsaq vərəmi və s.) diaqniostikasında və müalicəsində ixtisaslaşdırılmış həkim.


Otolorinqoloq (LOR) - müxtəlif qulaq, burun və boğaz xəstəliklərini (tonzillit, faringit, laringit, otit, haymorit, frontit və s.) müalicə edir.


Fleboloq - damar xəstəliklərinin müalicəsində (varikoz xəstəliyi, tromboflebit və s.) ixtisaslaşdırılmış həkim.


İmmunoloq - immun sisteminin pozulmalarını (immunodefisitlər, allegik xəstəliklər və s.) müalicə edir.


Reproduktoloq - qadın və kişi reproduktiv sistemi pozulmalarının (sonsuzluq, hamiləliyin sona qədər çatdırılmaması halları, inkişafdan qalmış hamiləlik və s.) müalicəsi. Əkstrakorporal mayalanma üsullarının həyata keçirilməsi.


Parazitoloq - müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəliklərini  (askaridioz, lyamblioz, xlamidioz, opistorxoz, exinokokkoz və s.) müalicə edir.


Pulmonoloq - nəfəsalma orqanlarının xəstəliklərini (traxeit, bronxit, pnevmoniya, bronxial astma, plevrit və s.) müalicə edir.


Proktoloq - düz bağırsaq və anus xəstəliklərini (babasil, qəbizlik, ishal, kolit, paraproktit, düz bağırsağı polipləri, meqakolon və s.) müalicə edir.

Pediatr - uşaq xəstəliklərin müalicə edən həkim
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hansı Həkim nəyi müalicə edir mütləq oxuyun ki biləsiniz" haqqında müzakirə