Qırmızı qurd eşənəyi

QIRMIZI QURD EŞƏNƏYİ
Qırmızı qurd eşənəyi autoimmun xəstəliklərdən olub əsasən qızlar və uşaq doğmaq qabiliyyəti olan gənc qadınlarda rast gəlinir.Xəstəlik dərinin zədələnməsi,poliartrit poliserozit,sinir sisteminin, ürəyin , böyrəyin,ağciyərin,və başqa daxili orqanların zədələnməsi ilə müşayət olunan xəstəlikdir.Qırmızı qurd eşənəyi xəstəliyində ən çox zərər görən orqan böyrəklərdir.Bu xəstəlik zamanı boyrəklərdə xarakterik və qeyri xarakterik dəyişikliklər baş verir.Bundan başqa böyrəklərdə morfoloji dəyişikliklər də baş verir
Qırmızı qurd eşənəyi xəstəliyində aşağıdakı morfoloji dəyişikliklər baş verir
1.Ocaqlı QQE proliferativ nefrit
2.Diffuz QQE proliferativ nefrit
3.Membranoz nefrit
4.Mezangionoz nefrit
5.Mezangiokapilyar nefrit
6.Mezangioproliferativ nefrit
7.Fibroplastık nefrit
Qırmızı qurd eşənəyi xəstəliyinin bütün formalarında immunohistokimyəvi müayinə zamanı böyrəklərin yumaqcıq kapilyarlarında komplemant,fibrin tapılır.
Qırmızı qurd eşənəyi nefropatiyasının kliniki təzahürləri müxtəlif olub xəstənin yaşından və cinsindən asılı olur.Gənc yaşlarda xəstəlik şiddətli, qəflətən başlayır və böyrəyin ağır zədələnmləri ilə xarakterizə olunur.Xəstələrin yaşının 14-24 arasında olmasına baxmayaraq onlarda yüksək təzyiq və Reyno sindpomu özünü biruzə verir.
Qırmızı qurd eşənəyi xəstəliyində xəstələri müayinə etdikdə dəridə patologiyalar olduğu aşkar görünür.Xəstənin üzündə
eritema,ağız boşluğunun və dodağın qırmızı yerində xoralar gözlə görünür. Bundan başqa xəstədə qeyri destruktiv artrit əlamətləri ,qıcolmalar, hemolik anemiya əlamətləri baş verir .
DİAQNOZU
Xəstəliyin diaqnozunda xəstəliyin dəridə olan təzahürlər və sidiyin müayinəsi .oynaqlarda olan patologiyaların əlamətləri böyük rol oynayır.
MÜALİCƏSİ:

Müalicəsi etaplarla aparılır. Xəstəyə immunoterpevt,iltihab əleyhinə, trombositlərin aqressiyasını aşağı salan dərmanlardan , sulfanilamidlərdən, hormonlar və s istifadə olunur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...
Добавить комментарий

Оставить комментарий

Şifrə görsənmirsə yenilə