Qara yara

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 4 250
  • 0 rəy

 
Qara yara ağır intoksikasiya, dərinin, daxili orqanların seroz- hemorrogik və nekrotik iltihabı ilə özünü göstərən zoonoz mənşəli infeksion xəstəlikdir.
Etiologiyası:
Xəstəliyin törədicisi hərəkətsiz, çöşəkilli, qram müsbət mikroblardır. Bu mikroblar zülal mənşəli ekzotoksin ifraz edir. Mikroblara insan və heyvan orqanizmində, süni qidali mühitlərdə rast gəlinir. Xarici şəraitdə, torpaqda və oksigenli yerlərdə 15-400 C temperaturda spor halına keçir. Mikroblarətli mühitdə tez çoxalır.
Epidemiologiyası:
Müxtəlif təsərrüfat heyvanları və vəhşi heyvanlar qara yara xəstəliyinə yoluxurlar. İnsanlar da bu xəstəliyə çox həssasdırlar. İnsan təmas yolu, bəzən alimentar, aerogen-hava yolu ilə bu xəstəliyə yoluxur. Xəstə heyvanı kəsdikdə, soyuqda ona qulluq etdikdə, heyvanın dərisinə, yuna, tükünə toxunduqda heyvanat məhsulunu daşıdıqda, saxladıqda və istifadə etdikdə insanlar qara yaraya yoluxa bilərlər. Mikrob dəridəki mikrozədələnmə və sıyrıntı yerlərindən daxil olur. Odur ki, xəstələrin 99% də qara yaranın dəri formasına rast gəlinir. Bəzən xəstəliyi qansovurucu həşəratlar mexaniki yolla da yoluxdururlar.
Klinikası:
Qara yaranın iki kliniki forması var:
-dəri forması və yayılmış forma
-sepsis forma
Ağırlıq dərəcəsinə görə yüngül, orta ağır və ağır gedişli olur. Qara yara sepsisi adətən ölümlə nəticələnir. Xəstənin dərisində hemorragik maye ilə dolu suluq əmələ gəlir, qaşınma nəticəsində suluq deşilərək yaraya çevrilir. Xoranın dibi bərk olur, kənarları qalınlaşır, üzəri qartmaqla örtülür, qartmaq getdikcə qara rəngə boyanır. Dəridə yaraların sayı artdıqca xəstənin temperaturu yüksəlir, başağrısı, ümumi zəiflik, kefsizlik bəzən qusma olur, iştaha itir. Xəstənin ürək-damar sistemində pozğunluqlar başlayır, leykositoz baş verir.
Diaqnozu:
Xəstəyə dəridaxili allergik sınaq tətbiq edilir. Qara yaranın diaqnozu laborator şəraitdə yoxlanılır.
Müalicəsi:
Xəstələr ancaq antibiotik tətbiq olunur. Bununla yanaşı simptomatik əlamətləri aradan götürmək üçün müvafiq müalicə tətbiq olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qara yara" haqqında müzakirə