Uşaq xəstəlikləri nədir?

  • Müəllif: elnare
  • Tarix: 1 may 2017
  • Baxış sayı: 3 226
  • 0 rəy

 Uşaq xəstəlikləri nədir?

Tibbin uşaq xəstəlikləri və onların müalicəsi ilə məşğul olan bölməsi pediatriya adlanır. Uşaq xəstəlikləri dedikdə yenidoğulmuşlardan yetişkənlik yaşına qədər olan uşaqlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklərin müalicəsi ilə uşaq həkimləri (pediatrlar) məşğul olur.

Pediatriya bir elm kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Tibbin bu bölməsinin banisi isə Artur Cakobi hesab edilir.

Uşaq xəstəlikləri barəsində ilk kitab Soraneus tərəfindən yazılmışdır. İkinci kitab isə İranlı həkim Əl Razi (865-925) tərəfindən qələmə alınmışdır. O bu kitabda hətta uşaq xəstəliklərinin tibbin ayrıca bir elmi kimi inkişaf etməsini də vurğulamışdır.

İlk uşaq xəstəxanası 1802-ci ildə parisdə fəaliyyət göstərməyə başlamışdır.

Uşaq xəstəliklərinin aşağıdakı bölmələri var:  

  • * uşaq endokrinologiyası
  • * uşaq infeksiya xəstəlikləri
  • * genetik uşaq xəstəlikləri
  • * uşaqlarda mədə-bağğırsaq xəstəlikləri
  • * onkoloji uşaq xəstəlikləri
  • * uşaqlarda hemotologi xəstəliklər
  • * uşaq immunologiyası
  • * uşaq kardiologiyası
  • * uşaq allergiyası
  • * uşaq cərrahiyyəsi
  • * uşaq nevrologiyası
  • * uşaq nefrologiyası
  • * neopatologiya
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaq xəstəlikləri nədir?" haqqında müzakirə