Südəmər uşaqlarda qaşınma

  • Müəllif: redaktr
  • Tarix: 4 mart 2017
  • Baxış sayı: 3 542
  • 0 rəy

Südəmər uşaqlarda qaşınma
Südəmərlərdə qoturluq xəstəliyi
Xəstəlik yeni doğulmuşlarda və 1 yaşına kimi olan uşaqlarda meydana gəlir.Xəstəliyin əmələ gəlməsində həzm sisteminin pozulması və qidalara qarşı orqanizmin allergiya reaksiyası verməsi rol oynayır.Bunlardan başqa xəstəliyin baş verməsinə bəzi faktorların da rolunun olduğu söylənilir:
- bəzi infeksiya ocaqları
- vərəmə qarşı allergiya
- intoksikasiya
- antibiotik və sulfanilamid preparatları
- müxtəlif peyvəndlər
Südəmər uşaqlarda qaşınma(qoturluq) xəstəliyi gedişinə görə 2 formada olur:
- ağır
- yüngül
Xəstəliyin yüngül formasının əlamətləri uşağın 2-3 yaşına qədər keçib gedir.Ağır formaya malik gedişi olan qaşınma isə xəstənin dərisində ömürlük iz qoyur.Belə ki,ağır formaya malik qaşınma dəridə digər dəri xəstəliklərinin başlamasına səbəb olur.Yəni qoturluq başqa dermatozların əmələ gəlməsinə səbəb olur.
Xəstəlik zamanı körpənin qida pasionuna diqqət yetirmək lazımdır.Bəzən xəstəliyin əlamətləri aşağıdakı qida məhsullarının qəbulundam sonra meydana çıxır:
- inək südü
- yumurta ağı
- bal
- sitrus meyvələr
- şirniyyatlar
- giləmeyvələr
- şokolad
Qaşınma zamanı körpənin qidalanma rejiminə əməl etmək lazımdır.Bu zaman körpəyə zülallı,karbohidratlı,duzlu qidalar vermək olmaz.Xəstəlik baş verən zaman ananın da qidasına nəzarət etməsi lazım gəlir.Yaxşı olardı ki,ana öz qidasını nəzarət altına alıb,körpəni ana südü ilə yedizdirsin.
Körpələrdə əmələ gələn qaşınma(qoturluq) xəstəliyinin müalicəsi pediatr və dermatoloq trəfindən aparılır.Çünki,dəriyə qulluqla yanaşı xəstənin həzm sistemini də yaxşlılaşdırmaq lazımdır.
Qaşınmanın müalicəsində dəridə infeksiya ocağı əmələ gəlmişdirsə aseptik məhlullarla təmizlənir,xəstəyə antihistamin preparatlar təyin edilir,mədə bağırsaq mikroflorasını normallaşdıran müalicə təyin edilir,dieta nəzarət altına alınır.
Qaşınma(qoturluq)xəstəliyini ev şəraitində özbaşına müalicə etmək olmaz!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Südəmər uşaqlarda qaşınma" haqqında müzakirə