Düyünlü poliartrit

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 3 084
  • 0 rəy

Düyünlü poliartrit sistem vakulist xəstəliyi olub, əsasən kiçik və orta arteriyaları prosesə cəlb edir. Xəstəlik immun fonda gedən xəstəliklərdən sayılır. Xəstəlik get-gedə fəsadlaşaraq damarların obliterasiyası, trombozu, anevrizması və damarların zədələnməsinə gətirib çıxırır. Bu zədələnmiş damarların qanla təhciz etdiyi orqanlarda müxtəlif xarakterli zədələnmələrə (infarkt, nekrotik ocaqlar, atrofiyalar,skleroz və sonda orqanın funksional çatmazlığı) gətirib çıxarır.
Düyünlü poliartrit zamanı damarda perivaskulyar proses deyil, məhz transmurala prosesi gedir və müxtəlif ölçülü damarlar da prosesə cəlb olunurlar.
Etiologiyası: Dəqiq səbəbi məlum olmasa da müşahidələr göstərir ki, bir sıra dərman maddələrinin istifadəsindən sonra düyünlü poliartrit ikişaf edir. Bu dərman maddələrinə sulfanilamidlər, antibiotiklər, yod preparatları, analgetiklər, tuberkulostatiklər və s aiddir. Düyünlü poliartritin əmələ gəlməsində genetik faktorun da rolunun böyük olduğu hesab olunur.
Patogenez: Xəstəlik müxtəlif xarici faktorların təsiri altında immun reaktivliyinin pozulması nəticəsində damarın mənfəzində kiçik ölçülü komplekslərin əmələ gəlməsi ilə təzahür edir. Bu da damar keçiciriyilinin artmasına səbəb olur. İmmun komplekslərin damar divarında toplanması iltlhabi prosesi artırır və damarların divarında morfoloji dəyişikliklər baş verir.
Klinikası: Düyünlü poliartrit kişilərə nisbətən qadınlarda 3-4 dəfə çox olur. Xəstəlliyin üzə çıxmasını aşağıdakı simptomlarla ifadə etmək olar:
– sakitlik və ya gərginlik stenokardiyası
– miokard infarktı
– kardioskleroz
– ağciyər hipertnziyası
– qlomerulonefritin latent forması
– böyrək venalarının trombozu
– böyrək çatmazlığı
– polinevrit
– insult
– bronxial astma və s.
Doaqnozu: Xəstəliyə diaqnozu başlanğıq xüsusiyyətlərinə, prosesin kəskinləşməsinə və digər orqanların zədələnməsinə görə təyin edirlər.
Gedişinə görə 3 növü var:
1. Xoşxassəli gediş.
2. Yavaş proqressiya edən gediş.
3. Residivləşən gediş.
Müalicəsi: Kompleks müalicə tədbirləri aparmaq, hemostazı normallaşdırmaq, ayrı-ayrı özünü çox biruzə verən simptomlara təsir etmək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Düyünlü poliartrit" haqqında müzakirə