Perikard boşluğunun punksiyası və müayinəsi

  • Müəllif: redaktr
  • Tarix: 24 fevral 2017
  • Baxış sayı: 4 608
  • 0 rəy

Perikard boşluğunun punksiyası və müayinəsi
Perikard boşluğunun müayinəsi diaqnostik və müalicə məqsədi ilə aparılır.Punksiyanın aparılması aşağıdakı xəstəliklər zamanı baş verir:
- ürək tamponadasının inkişaf simptomlarında
- irinli eksudativ perikarditə şübhə olanda
- eksudatın sorulma tendensiyasının olmaması
- eksudat perikarditin təbiətinin dəqiqləşdirilməsi
Bəzi hallarda punksiya həyati göstəriş olanda təcili aparılır.Bu zaman məqsəd mayenin evakuasiyası və ürəyin sıxılmasını azaltmaqdır.Hemostaz sistemində kifayət qədər pozğunluq olduqda və hemoragik sindromda punksiya əks göstərişdir.
Punksiyanın texnikası
Perikardın punksiyasının müxtəlif metodları var.Punksiya sağ tərəfi 30* qaldırılmış çarpayıda xəstənin arxası üstə uzanmış vəziyyətində aparılır.Belə vəziyyət mayenin perikard boşluğunun aşağı hissəsinə toplanmasını təmin edir.Punksiya yerli anesteziya ilə (1%-li dikaim məhlulu) xəncərəbənzər çıxıntıdan 0,5 sm solda edilir.Punksiya üçün şprisə bərkidilmiş uzun iynədən istifadə olunur.İynəyə isə sıxac vasitəsilə EKQ-nin döş aparmasının elektrodu birləşdirilir.İynə 45* bucaq istiqamətində sol çiyin oynağı istiqamətində perikardın parietal hissəsinə toxunana qədər yeridilir.Bu EKQ-də izləməklə həyata keçirilir.EKQ vasitəsilə iynənin miokarda daxil olunması diqqətlə izlənərək proses başa çatır.Bu zaman şprisi geri doğru çəkməklə iynəni ürək boşluğuna salmaq lazımdır.Daha sonra şprisin porşenini geri doğru çəkib perikard boşluğundakı maye xaric olunur.Sonra boşluğa furasilin və ya antibiotik yeridilir və iynə çıxarılır.
Perikardial mayenin müayinəsi müxtəlif istiqamətlərdə aparılır:
* mayenin fiziki-kimyəvi tərkibinin müəyyənləşdirilməsi
* mayenin sitoloji tərkibinin müəyyənləşdirilməsi
* bakterialoji müayinə
* immunoloji testin aparılması
Eksudatın xarakterinin təyini vacib diaqnostik əhəmiyyət kəsb edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Perikard boşluğunun punksiyası və müayinəsi" haqqında müzakirə