BEYIN QAN DÖVRANININ POZULMALARI

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 16 825
  • 0 rəy

BEYIN QAN DÖVRANININ POZULMALARI
Beyinin ocaq siptomları bir sutkadan artıq davam edərsə bu beyin insultunun olduğunu göstərir.
Etiologiyası: İşemik insult atereskleroz, hipertoniya xəstəliyi, vaskulitlər, sinir damar patologiyası, ürək xəstəlikləri və onurğanın boyun hissəsinin osteoxondrozu kimi xəstəliklərin fəsadaşmasıdır.
Patogenez: Xəstəliyin ən çox rast gəlinən səbəbləri arterial emboliyalar, iri damarların trombozu və ya obliterasiyasıdır.
Klinikası: Bir çox hallarda işemik insult qəflətən, kəskin, nadir hallarda isə tədricən başlayır. Zədələnmənin yerləşməsidən asılı olaraq , ümumbeyin və ocaqlı simptomlar meydana çıxır.
Ümumbeyin simptomlarına aşağıdakılar aiddir:
-baş ağrısı
– qusma
-ümumi zəiflik
-göz qabağında pərdə hissiyatı
-şüurun qısamüddətli pozulmaları
Daxili yuxu arteriyası sistemində işemik hücumlar zamanı çox vaxt keyləşmə,üzün və ətrafın məhdud hissələrində sancma kimi hissiyatlar olur. Hissiyat pozğunluqları ilə yanaşı çox vaxt hərəki  da baş verir. Nitqdə qüsurlar meydana çıxır.
Vertebro bazalyar hissədəki işemik hücumlar zamanı xəstələrdə başgicəllənmə, qulaqlarda küy, ənsə nahiyəsində ağrı, eşitmənin pozulması, gözün ikiləşməsi müşahədə olunur.
İşemik hücumlar bir neçə dəqiqədən, bir neçə günə kimi davam edə bilər. İşemik hücumların yüngül formalarında kiçik işemik insult əmələ gəlir. Bu zaman beyin funksiyası qan dövranının kəskin pozulmalarından 3 həftə ərzində bərpa olunur.
Diaqnostikası: Diaqnoz qoymaq üçün ürək damar sisteminin müayinəsi aparılmalıdır. Beyin damarlarını yoxlamaq üçün KT müayinəsinin nəticələrini bilmək vacibdir.
Müalicəsi: Uzun sürən müalicə tələb edən xəstəlikdir. Qandurulduculardan, beyin qan dövranını yaxşılaşdırıcı preparatlardan, ürək fəaliyyətini möhkəmləndirici dərmanlardan istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BEYIN QAN DÖVRANININ POZULMALARI" haqqında müzakirə