Yarımkəskin nekrotik mielit

  • Müəllif: redaktr
  • Tarix: 3 fevral 2017
  • Baxış sayı: 2 085
  • 0 rəy

 Yarımkəskin nekrotik mielit
Bu zaman iltihabi proses daha çox onurğa beyinin aşağı döş şöbəsində yerləşir.Müayinə zamanı beyinin yoluxmuş şöbəsi şişkin və hiperemiyalı olur.Daha ağır hallarda isə həmin hissənin yumuşalması - mielomalyasiya qeyd olunur.Mikroskopik araşdırma onurğa onurğa beyinin yumşaq qişasının infiltirasiyasının olduğu meydana çıxır.
Yarımkəskin nekrotik mielitin müayinəsi zamanı aşağıdakılar aşkarlanır:
- geniş nekroz ocaqları
- boşluqlar
- onurğa beyinin səthi və dərin venalarının trombozu
Xəstəlik ümumi yoluxucu əlamətlərlə özünü biruzə verir.Bu zaman xəstələrdə hərarətin artması,halsızlıq və üşütmə qeyd edilir.Xəstəliyə yoluxmuş sinir köklərinin irradiasiya etdiyi zonalarda ağrılar başlayır.Belə ki,onurğanın döş şöbəsi zədələndiyi üçün xəstələrdə kürək ağrıları başlayır.Bu nahiyələrdə paresteziya əlamətləri əmələ gəlir.Ağrı sindromunun ardınca spinal zədələnmə nahiyəsindən aşağıda hissiyyat pozulmaları,ifliclər,çanaq pozulmaları inkişaf edir.Xəstəliyin kəskin dövründə ifliclər süst xarakter daşıyır.İflic olmuş nahiyələrdə ətrafların tonusu aşağı düşür və vətər refleksləri çətinliklə alınır.Xəstələrdə trofikanın pozulması ilə əlaqədar olaraq yataq yaraları sürətlə inkişaf edir,ağır hallarda septikopiemiya inkişaf edir.
Yarımkəskin nekrotik mielitin ağırlaşması sidikçıxarıcı yollarda patologiyaların olması və yataq yaraları ilə nəticələnir.Xəstəlik onurğa beyinin köndələn zədələnməsi əlamətləri ilə bütün ömür boyu qalır.
Xəstəlik ən çox xroniki ağ ciyər ürəyindən əziyyət çəkən yaşlı şəxslərdə əmələ gəlir.Kliniki mənzədə tədricən artan parez,hissiyyat pozulmaları və çanaq pozulmaları aşkar edilir.
Xəstəliyə diaqnozun qoyulmasında onurğanın döş və aşağı sarğı nahiyəsində lokalaşan epidural absesin olması böyük əhəmiyyət kəsb edir.
Müalicə zamanı böyük dozada hormonların tətbiqi və antibiotiklər əsas götürülür.Xəstəliyin gedişi və ağırlaşmaları proqnozunun xoş olmadığını bildirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yarımkəskin nekrotik mielit" haqqında müzakirə