Böyrək daşı

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 2 790
  • 0 rəy

BÖYRƏKDAŞI DİATEZİ
Orqanizmdə purin əsaslarının məhsulu sidik turşusudur. Əsas etibarıilə o qara ciyərdə nukleotidlərin parçalanmasından, oksipurinlərin oksidləşməsindən əmələ gəlir. Endogen sidik turşusu endogen purinlərin oksidləşməsindən sintez olunur. Bu sidik turşusu purinsiz qidalanma zamanı əmələ gəlir. Ekzogen sigik turşusu qida məhsulları ilə bədənə daxil olan purinlərdən əmələ gəlir. Orqanizmdə sidik turşusunun 2 əsas sintez yolu mövcuddur.
Birincisi didik turşusunun əmələ gəlməsinin düz yoludur ki , bu hipoksantinin oksidləşməsi nəticəsində baş verir.
İkincisi qeyri düz yol – sidik turşusunun əmələ gəlməsinin mənbəyi olan nuklein turşularının və s. 8-10 günə əmələ gəlməsidir.
Böyrəyə daxil olan sidik turşusu yumaqcıqda filtirasiya olunduqdan sonra böyrək kanalcıqlarında reabsorsiya olunurlar . Sidiyin reyaksiyası sidik daşlarının əmələ gəlməsində əsas faktor sayılır. Sidik turşusunun qanda səviyyəsinin artmasına salisilatlar, diuretiklər, xörək duzu kalsium preparatları, atropin səbəb olur.
Hiperuraturiya sidik turşusu diatezinin simptomlarından olub , kliniki şəkildə sidikdə kristalların olması ilə müşayət olunur. Onlar əksər hallarda natrium , kalium duzları, az halda kalsium və maqnezium duzları şəklində olurlar. Sidik turşusunun başqa duzu olan urat digər duzlardan fərqli olaraq sidikdə çoküntüyə çevrilir. Duzların qum və kristal halı sidiyin normal xaric olunması prosesini ləngidir və böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur.
Sidik turşusu diatezinin növləri aşağıdakılardır:
1. Oksaluriya
2. Hiperkalsiuriya
3. Fostaturiya
Böyrək daşı xəstəliyinin müalicəsi daşların növunə uyğun olaraq aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək daşı" haqqında müzakirə