Cinsi inkişafın ləngiməsi

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 737
  • 0 rəy

Cinsi inkişafın ləngiməsi.
Cinsi inkişafın ləngiməsi 3 müxtəlif səbəbdən ola bilir:
* serebral
* konstitussion
* yumurtalıq.
Serebral mənşəli səbəbləri travma, infeksiya, intoksikasiya, sinir və psixi pozğunluqlar və stressdir. Serebral cinsi inkişafdan ləngimənin əsas əlamətləri sinir anoreksiyası, yəni yeməkdən imtina olur. Belə xəstələrdə hipofizin qonadotropinləri sintez etmək qabliliyyətinin saxlanılmasına baxmayaraq, qanda qonadotropinlərin miqdarı kəskin aşağı düşür. Cinsi inkişafın ləngiməsinin konstitusional forması irsi xarakter daşıyır.
Xəstəliyin yumurtalıq forması çox nadir hallarda təsadüf olunur. Bu follikulyar aparatın kiçilməsi ilə müşayət olunur. Belə yumurtalıqları qonadotrop stimulyasiyaya rezistent, hipoplastik, yaxud qeyri-həssas adlandırırlar. Bu patologiyanın əmələ gəlməsində keçirilmiş infeksiya və intoksikasiya böyük rol oynayır.
Klinikası:
Cinsi inkişafın ləngiməsi olan xəstələr öz yaşıdlarından ikincili cinsi əlamətlərin kifayət qədər yaxşı inkişaf etməməsi və aybaşının olmaması ilə fərqlənirlər. Bədən quruluşları ucaboy, arıq, uzun əl və uzun ayaqlara malik olur. Sümük yaşı pasport yaşından azacıq geri qalır. Ginekoloji müayinədə xarici və daxili cinsiyyət üzvlərinin hipoplaziyası müşahidə edilir. Kəskin arıqlama aybaşının kəsilməsinə səbəb olur. Bu tipli cinsi inkişafdan qalma irsi, ailəvi xarakter daşıyır. Belə qızlarda aybaşı 15-16 yaşda başlayır.
Diaqnoz:
Diaqnozun qoyulmasında anamnez, xəstənin bədən quruluşu, ikincili cinsi əlamətlərin inkişafı böyük əhəmiyət kəsb edir. Kəllənin rentgenoqrafiyası, kiçik çanaq üzvlərinin müayinəsi, qanda hormonların təyini diaqnozun dəqiqləşməsində mühüm rol oynayır.
Müalicə:
Cinsi inkişafın ləngiməsinin müalicəsi nevroloq və psixiatrlarla birgə aparılmalıdır. Xəstəyə ümumi möhkəmləndirici, sedativ, hormonal terapiya lazımdır. Xəstənin qidalanma rejmi qaydaya salınmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi inkişafın ləngiməsi" haqqında müzakirə