Gicgah payının şişləri

  • Müəllif: redaktr
  • Tarix: 30 yanvar 2017
  • Baxış sayı: 1 919
  • 0 rəy

 Gicgah payının şişləri
Gicgah payının şişləri zamanı xəstələrdə kəllədaxili təzyiqin yüksəlməsi əlaməti erkən təzahür edir.Gicgah şişləri zamanı xəstələrdə intensiv və daimi baş ağrıları olur.Bu zaman görmə sinirində durğunluq baş verir.Gicgah payının şişləri zamanı xəstələrdə tez-tez qeyri-iradi hərəkətlər müşahidə edilir.Bunlara aiddir:
- dodaqları yalamaq
- ağızı marçıldatmaq
- çeynəmə
- udqunma
Xəstələrdə eşitmə,dadbilmə və qoxu hissiyyatı itir,epileptik qıcolmalar müşahidə edilir.Epilepsiya tutmaları tonik-klonik şəklində keçir.Bəzən xəstələrdə psixomator avtomatizm,dağınıq fikirlər,yaddaşın pozulması,qorxu və depressiya hissləri ilə müşayət olunan emosional paroksizmlər təzahür edir.Bəzi hallarda xəstələrdə özünəməxsus patoloji vəziyyət inkişaf edir.Belə ki,xəstə əhatəsində olanları qeyri-real,nə vaxtsa əvvəllər gördüyü,yaxud heç vaxt görmədiyi bir şey kimi qavrayır.Xəstələrdə epilepsiya tutmaları olmadan da eşitmə,dadbilmə,duyğu halusinasiyaları baş verə bilir.
Gicgah payının şişləri zamanı vestibulyar pozulmalar - baş hərlənməsi,ətrafdakı əşyaların fırlanması hissi olur.Bəzən patoz və bəbəyin genişlənməsi baş verir.Dərində yerləşən şişlərin beyin ayaqcıqlarına və daxili kapsulaya təsirindən ətraflarda parez baş verə bilir.Gicgah payının şişləri sol yarımkürədə baş verdikdə nitq pozulmaları müşahidə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gicgah payının şişləri" haqqında müzakirə