Körpü-beyincik bağının şişləri

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 941
  • 0 rəy

 Körpü-beyincik bağının şişləri
VIII sinirin nevrinoması
Bu kəllədaxili şişlərin ən çox təsadüf olunan növüdür.Xəstəlik əsasən 20-40 yaşlı adamlar arasında yayılaraq kişilərə nisbətən qadınlarda 2 dəfə artıq rast gəlinir.Xəstəlik çox yavaş,2-4 il ərzində inkişaf edir.VIII sinirin nevrinoması kliniki şəklinə görə 4 mərhələdə keçir.
Birinci mərhələdə sinirin izolə olunmuş zədələnməsi əlamətləri üzə çıxır.Bu zaman xəstələrdə tədricən bir qulağın tutulması baş verir ki,bu başgicəllənməsi ilə xarakterizə edilir.
İkinci mərhələdə çeynəmə əzələlərinin atrofiyası özünü burunun selikli qişasında,üzdə hissiyyatın zəifləməsi ilə biruzə verir.Bu zaman xəstələrdə dad hissiyyatı da pozulur.
Üçüncü mərhələ baş ağrıları və görməsinirinin pozulması ilə xarakterizə edilir.
Dördüncü mərhələ disfaqiya,distoniya,dildə dadbilmə hissinin pozulması ilə üzə çıxır.Bu mərhələdə xəstələrdə tənəffüs pozulmaları müşahidə edilir.
VIII sinirin nevrinoması xəstələrdə aşağıdakı patologiyaların meydana çıxmasına səbəb olur:
- süstlük,əzginlik
- yaddaşın zəifləməsi
- fiziki gücün azalması
- durğunluq
- kəllədaxili təzyiqin artması
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Körpü-beyincik bağının şişləri" haqqında müzakirə