Döş xərçəngi və risk faktorları

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 2 121
  • 0 rəy

Döş xərçəngi və risk faktorları
Tibbin və texnologiyanın inkişaf etməsinə baxmayaraq döş xərçəngi hələ də qadınların ölümünə səbəb ola bilir. İnkişaf etmiş ölkələrdə qadınlar arasında 73%, inkişaf etməkdə olan ölkələrdə isə 53% döş xərçənginə rast gəlinir. Aralarında 20% fərqin olmasında mütəxəssislər erkən diaqnozun qoyula bilməməsinı səbəb gətirirlər. Çünki erkən qoyulan diaqnoz xəstəliyin vaxtında və düzgün müalicə olunmasına səbəb olur ki, bu da ölüm riskini minimuma endirir.
Döş xərçənginə dəqiq diaqnozu həkim müxtəlif aparatların nəticələrinə və müayinəyə əsaslanaraq qoyur.
Döş xərçənginin əmələ gəlməsində bir çox risk faktorları rol oynayır. Bunlara aşağıdakılar daxildir:
* genetik faktor
* sosial-bioloji faktor
* psixoloji faktor
* yaş
* aybaşı pozğunluqları
* hormon qəbulu.
Risk altında olan xəstələrə əsasən ailəsində döş xərçəngi olan qadınlar daxildir. Aybaşının 12 yaşından tez baş veməsi və 55 yaşdan sonra dayanması, orqanizmə ostrogen hormonunun lazımsız və qaydasız qəbulu döş xərgəgi üçün ən vacib risk faktorlarından sayılır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, hər bir qadın ildə bir dəfə mammoqrafiyadan keçməli və mütəxəssisdən rəy almalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Döş xərçəngi və risk faktorları" haqqında müzakirə