Aşağıdakıları oxusanız yediyiniz banan qabıqlarını atmayacaqsınız

  • Müəllif: elnare
  • Tarix: 23 mart 2017
  • Baxış sayı: 11 652
  • 0 rəy

Bananın tərkibində çoxlu vitamin və mineralların olduğunu hamı bilir. Banan insanın həyat fəaliyyəti üçün lazım olan bütün mikroelementlər və minerallarla zəngindir. Onun faydalarını saymaqla qurtarmır. Sasyılan faydalar bananın qabığı üçün də keçərlidir. Əgər siz aşağıda yazılanları oxusanız əminəm ki, o zaman yediyiniz bananın qabıqlarını atmayacaqsınız.
Banan qabığının faydalarını saymaqla qurtarmaq olmaz. Düzdür qabığın dadı bananın dadı kimi deyil, amma faydaları meyvəsindən daha xeyirlidir. Belə ki, bananın orqanizmə güc və enerji, mineral, mikroelementlər verdiyi qədər qabığı da faydalıdır. O insanın fiziki, həyati aktivliyini yüksəldir, əhval ruhiyyəsini qaldırır, orqanizmin tonusunu artırır. Banan qabığının daxili qatını qazıyıb yeməklərə, kokteyllərə əlavə etmək
qidanın faydalılığını və keyfiyyətini artırır. Araşdırmalar banan qabığının daxili qatında olan mikroelementlərin insana həyat enerjisi bəxş etdiyini sübut etmişdir. Banan qabığının daxili qatından ən çox idmanla məşğul olan adamlar tərəfindən istifadə edilir. Banan qabığının daxili qatında endorfin vardır ki, bu da insana özünü xoşbəxt hiss etdirir. Banan qabığından suyu təmizləmək üçün istifadə edilir. Onu suyun içərisinə atdıqda suda orqanizm üçün zərərli sayılan maddələri özünə çəkmək qabiliyyətini işə salır. Banan qabığı suda təbii filtir rolunu oynayır. Bu səbəbdən də suyu istifadə etməzdən qabaq onun içərisinə banan qabığı salmaq faydalı olar.
Banan qabığından həmçini də otaq bitkilərinin torpağını qidalandırmaq üçün istifadə edilir. Bunun üçün banan qabığı, yumurta qabığı və su ilə kokteyl hazırlanır və ev dibçəklərinin dibinə tökülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakıları oxusanız yediyiniz banan qabıqlarını atmayacaqsınız" haqqında müzakirə