Ər və arvadın ayrı yataqlarda yatmalarının yaxşı nəticəsi

  • Müəllif: elnare
  • Tarix: 27 yanvar 2017
  • Baxış sayı: 6 997
  • 0 rəy

Ər və arvadın ayrı yataqlarda yatmalarının yaxşı nəticəsi.
ABŞ-da  bəzi alimlər ər və arvadın ayrı yataqlarda yatmalarının faydalı olduğunu bildirirlər. Bunun səbəbləri çoxdur. Bir çox ölkələrin statistikalarının nəticələri hər 6 evli cütlükdən birinin ayrı otaqlarda yatdığını deyir. Mütəxəssislər bunun ər və arvadı biri-birindən uzaqlaşmasına deyil, daha da yaxınlaşmasına səbəb olduğunu deyir. Əvvəlki illərdə bunun əksi söylənilirdisə, indi dünyaya baxışın dəyişilməsi ailə və məişət rəftarlarına öz təsirini göstərib. Belə ki, müasir dünyada ər və arvadın toydan sonra bir yataqda yatması "qanunu" bu gün gündəmdə deyil. Qaçhaqaçla dolu həyat tərzi, insanların səhərdən axşama kimi fiziki və zehni yorğunluqları, stress, ekologiyanın pozulması, yuxu sisteminin pozulması müasir günümüzdə ər-arvadın bir yataqda yatmasını istər-istəməz arxa plana salır. Ər-arvaddan birinin xoruldaması, yorğanı üstünə çəkməsi səbəbilə ailələrdə müxtəlif dadsızlıqların baş verir. Bu isə səhəri gün insanın əhval-ruhiyyəsinin, şuxluğunun və əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu səbəblərdən dolayı mütəxəssislər ər və arvadın ayrı yataqlarda yatmasını məsləhət görür  və bu mivalla onların bir-birinə qarşı daha da ehtiraslı olmağını güman edirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ər və arvadın ayrı yataqlarda yatmalarının yaxşı nəticəsi" haqqında müzakirə