Soyuducunuz təhlükə mənbəyidir, diqqətli olun!

  • Müəllif: elnare
  • Tarix: 18 yanvar 2017
  • Baxış sayı: 2 931
  • 0 rəy

İngiltərəli alimlər soyuducuda insan orqanizmi üçün təhlükəli sayılan mikroorqanizmlərin olduğunu söyləyirlər. Bunu deməyə minlərlə evlərin soyuducularında aparılan araşdırmalar izin verir. Araşdırmalar əksər soyuducularda bağırsaq çöplərinin, salmonellaların və xəstəliklərə səbəb olan bakteriyaların olduğunu təsdiq edib. Mütəxəssislər hətta mətbəxdə ən kirli yerin soyuducu olduğunu deyirlər. Ən çox zərərverici mikrobların isə soyuducunun meyvə və tərəvəz yığılan hissəsində olduğunu söyləyən mütəxəssislər, burada hər 1 sm-də minlərlə mikrobun yaşadığını qeyd edirlər.
Əslində soyuducunun aşağı hissəsində mikrobların çox olduğuna təəccüblənmək lazım deyil. Çünki buraya yığılan meyvə və tərəvəzlər, göyərtilər yuyulmamış olur. Bu da bakteriyaların həmin hissədə çoxalmağına səbəb olur. Kənd təssərrüfatı məhsulları soyuducuya yuyularaq yığıla bilməz və bu məhsullar torpaqdan aldıqları zərərvericiləri özləri ilə soyuducuya daşıyır.
Araşdırmalar soyuducunun meyvə yığılan hissəsində hər santimetrində 7850 bakteriya olduğunun sübut etmişdir. Bu səbəbdən də soyuducunun içərisi ən azı ayda bir dəfə qaynar su ilə yuyulmalıdır. Bu soyuducunun daxilinin təmiz olmasına və orada saxlanılan yeməklərin insan orqanizmi üçün təhlükəli olmamasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Soyuducunuz təhlükə mənbəyidir, diqqətli olun!" haqqında müzakirə