Botoksu əvəz edə biləcək cavanlaşdırıcı maska

  • Müəllif: elnare
  • Tarix: 25 iyun 2017
  • Baxış sayı: 9 515
  • 0 rəy

Botoksu əvəz edə biləcək cavanlaşdırıcı maska

Mən son aylar üzümün bir-neçə yerində qırışların əmələ gəldiyini gördüm və bu məni pərişan etdi. Sonra yaşımın 40-dan yuxarı olduğunu düşünüb botoks etdirməyə qərar verdim. Fikrimi öz rəfiqmlə bölüşdükdə isə rəfiqəm mənə bir maska resepti verdi və “Əgər bu maskadan sonra qırışlarının sayı azalmasa o zaman botoks etdirərsən.”- dedi. Rəfiqən bu maskanı üzünə qoyduqdan sonra dərisinin gözəlləşdiyini, cavanlaşdığını, bunları isə qırışların aradan qalxması səbəbindən baş verdiyini qeyd elədi. Doğurdan da son günlər rəfiqəmdə baş verən dəyişikliyi görməmək mümkün deyil. Onun istifadə etdiyi maska həqiqətən də botoksu əvəz eləmişdi. Rəfiqəmin tətbiq elədiyi maska resepti aşağıdakı qaydada hazırlanır.

  • - 1 xörək qaşığı kraxmal 100 ml suda həll edilir və şirli qabda üzərinə 500 ml su əlavə edilərək bişirilir. Nişasta soyumağa qoyulur.
  • - Soyumuş nişastaya 5 xörək qaşığı yerkökü şirəsi və 1 xörək qaşığı yağlı smetan əlavə edilib qarışdırılır. Qarışım üzə sürtülür və 20-25 dəqiqə saxlanılır.
  • - Üzün dərisi isti su ilə yuyulur və qidalandırıcı krem sürtülür.
  • - Hazırlanan qarışım soyuducuda saxlanılır. Ondan 3 gün müddətində istifadə etmək mümkündür.
Bu maska üzün dərisində olan ən dərin qırışıqları, məsamələri belə açır, dəriyə qulluq göstərir və qidalandırır. Maskanı 3 gün müddətində davamlı olaraq tətbiq eləmək isə üzdə botoks görüntüsü yaradır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Botoksu əvəz edə biləcək cavanlaşdırıcı maska" haqqında müzakirə