Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?

  • Müəllif: elnare
  • Tarix: 1 mart 2017
  • Baxış sayı: 22 607
  • 0 rəy

Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?
Kişilərin cinsi fəallığı 30 yaşdan sonra zəifləməyə başlayır.Statisikanın hesablamaları 60-70 yaşlarında olan kişilərdə də cinsi həvəsin olduğunu və onların uşaq sahibi olmaq qabiliyyətinin olmasını qeyd etsə də cinsi fəallığının 30 yaşdan sonra zəifləməyə başlaması faktı danılmazdır.
Kişilərin klimaks və andropoz sözlərindən xoşları gəlməsə də həqiqət danılmazdır. Amma mütəxəssislər andropozun aşağıdakılarla əlaqəsi olduğunu da qeyd edirlər:
*kişilərin yaşadığı ölkə
*qəbul etdiyi qida
* yaşanan həyat tərzi
* psixoloji travmalar
* keçirilən xəstəliklər
* alkohol, spirtli içki qəbulu, narkotiklərdən istifadə.
Ümumdünya Statistika Təşkilatının hesablamaları bütün dünya ölkələrində kişilərin cinsi fəalıqlarının azalması, spermatozoidlərin tərkibinin zəifləməsi və hərəkətliliyinin azalması barədə həyəcan təbili çalır. Son illərin göstəriciləri kişilərdə testosteron hormonunun səviyyəsinin də aşağı düşdüyünü və bu səbəblə də kişilərin cinsi həvəslərinin azaldığını göstərir. Cinsi həvəsin azalması isə kişilərdə həyat fəaliyyətinin aşağı düşməsinə, fiziki aktivliyinin azalmasına səbəb olur. Kişilərdə qocalmanın əlamətləri aşağıdakılardır:
* qarın bölgəsində piy toxumasının yığılması (bel hissənin 102 sm-dən çox olması testosteronunn aşağı olmasının göstəricisidir)
* çəkinin artması
* əzələ və dərinin yumşalması
* əsəbilik, özünə inamın itməsi, həyacanlanma, tez yorulma
* depressiya
* ereksiyanın azalması.
Mütəxəssislər yuxrıda sadalanan əlamətlərdən şikayəti olan kişilərin mütləq androloqa müraciət etmələrini məsləhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?" haqqında müzakirə