Onxoserxiaz

  • Müəllif: redaktr
  • Tarix: 28 fevral 2017
  • Baxış sayı: 1 780
  • 0 rəy

 Onxoserxiaz
Onxoserxiaz Onchocerca volvulis infeksiyası tərəfindən əmələ gələn xəstəlikdir.Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- dəridə qaşınmalar
- dəri altında şişkinliklər
- traxoma
- korluq
Xəstəlik parazitin sağlam adamın orqanizmə daxil olması nəticəsində meydana çıxır.Bu parazitlər əsasən su hövzələrinin kənarlarında yaşadığı üçün xəstəliyə ən çox su hövzələrində yaşayan adamlar arasında rast gəlinir.Parazit insan orqanizminə daxil olduqdan sonra artıb çoxalır və dəridən xarici mühitə çıxmağa çalışır.Bu zaman xəstəliyin əlamətləri meydana çıxır.Xəstədə əzabverici qaşınmalar baş verir ki,qaşınmalar nəticəsində dəridə zədələnmələr əmələ gəlir.Qaşınmalar və zədələnmələr hətta gözlərin kənarlarında da əmələ gəlir.Zədələnmiş yerlər infeksiyalaşıb irinləyə bilir.Qaşınmalar ən çox aşağı ətraflarda və gözlərin kənarlarında baş verir.Qaşınmaların yeri limonun arxa tərəfini xatırladır və ən çox üzdə baş verir.Bu zaman dərinin rəngi solğunlaşır,elastikliyi itir,quruyur,dəri qırışır və qocalır.Xəstəliyin əlamətləri irəlilədikcə səpgi və qaşınmalar bədənin başqa hissələrində də əmələ gəlməyə başlayır.Xəstənin üzündə şikinliklərin həcmi böyüdükdə dəridə piqmehtasiya əlamətləri meydana gəlir.
Onxoserxiaz zamanı xəstənin boğaz nahiyəsində limfa düyünləri böyüyür,ağrısız əllənir.Parazitlərin dəri altında yerləşdikləri hissə qabarır və yerli allergik reaksiyalara səbəb olur.
Onxoserxiaz zamanı parazitlər gözdə və gözün ətrafında daha çox özlərini biruzə verirlər.Bu da əksər hallarda gözlərdə patologiyalara,göz sinirlərinin atrofiyasına və hətta korluğa səbəb ola bilir.
Xəstəliyə ən çox Afrika və Mərkəzi Amerika ölkələrində rast gəlinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Onxoserxiaz" haqqında müzakirə