Nokardioz

  • Müəllif: elnare
  • Tarix: 28 yanvar 2017
  • Baxış sayı: 3 257
  • 0 rəy

Nokardioz.
Nokardioz torpaqdan insanlara basillər vasitəsilə düşən və insanın dərisində, ağciyərlərində və bağırsaqlarında xəstəliklərlə özünü göstərən patologiyadır. Nokardioz göbələk xəstəliyi olub qrammüsbət mikroblar tərəfindən törədilir. Onun 3 forması var. İnsanlarda ən çox sistemli nokardioza rast gəlmək olur.
Xəstəliyə istənilən yaş dövründə və tez-tez rast gəlmək olur. Mütəxəssislər bu xəstəliyə yaxalanan adamların sayının günü-gündən artdığını söyləyirlər.
Nokardioz xəstəliyi zamanı əsasən dəri və yumşaq toxumalar zədələnir. 70% hallarda xəstəlik ağciyərlərdə birincili olaraq patologiya törədir.
Nokardioz  zamanı ən çox dəri toxuması zədələnir. Bu zaman dəridə irinli yaralar meydana gəlir, birləşdirici toxuma nekrozlaşır, abses inkişaf edir. Xəstəlik mərkəzi sinir sistemini zədələyir. İrinli proseslər ağciyərləri də zədəlyir. Bir sözlə nokardioz xəstəliyi zamanı irinli proseslər hansı orqanlara yayılısa, orada patologi dəyişikliklərə səbəb olur. Xəstəliyin 2 forması var:
- kəskin
- xroniki.
Nokardioz bronxopnevmoniya, plevrit əlamətləri ilə özünü göstərir, ağciyərlərdə irinli ocaqlar əmələ gəlir. Xəstnin əmək qabiliyyəti aşağı düşür, xəstədə gecə tərləmləri meydana gəlir. Xəstədə bəlgəmli öskürək, anoreksiya, arıqlama, böğulmalar və sinədə ağrılar müşahidə edilir. Xəstəlik müalicə olunmadıqda irinli meningit inkişaf edir, ağciyərlərdə kaverna əmələ gəlir. Xəstəliyin əlamətləri irəlilədikcə proses digər orqanlara da yayılır, stafilokokk sepsisi meydana gəlir.
Xəstəliyə diaqnoz qoymaq üçün irinli yaralardan götürülmüş yaxmanın nəticələri əsas götürülür.
Xəstəliyin müalicəsində sulfanilamidlərdən, müxtəlif antibiotiklərdən və anti funqal preparatlardan istifadə edilir.Xəstəyə bədən möhkəmləndirici tədbirlər tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nokardioz" haqqında müzakirə