Qida borusu dəliyinin yırtığı

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 10 338
  • 0 rəy

Qida borusu dəliyinin yırtığı
Qida borusu dəliyinin yırtığı qida borusunun abdominal hissəsinin kardianın,mədənin yuxarı şöbəsinin,bəzən hətta bağırsaq ilcəklərinin də qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir.Xəstəlik xroniki,residivləşən xəstəlikdir.
Məlum olduğu kimi qida borusu mədənin kardial hissəsinə düşməzdən qabaq diafraqmanın qida borusu dəliyindən keçir.Diafraqmanın qida borusu dəliyi və qida borusu çox nazik birləşdirici toxuma membranı ilə birləşmişdir ki,bu da qarın və döş boşluğunu hermetik olaraq bir-birindən ayırır.Qarın boşluğundakı təzyiq döş boşluğundakından çox olduğuna görə müəyyən əlavə şəraitlər olduqda bu membrana dartılır bə qida borusunun abdominal hissəsi mədənin kardial hissəsi ilə birlikdə diafraqmal yırtıq əmələ gətirir.Bu zaman qida borusu döş boşluğuna doğru yerini dəyişir.
Qida borusu dəliyi yırtığı geniş yayılmış xəstəlikdir.Bütün yaşlı əhalinin 5%-də bu xəstəliyə rast gəlinir və 50% xəstələrdə heç bir narahatlıq əlamətləri özünü göstərmir.
Xəstəliyin əmələ gəlməsində 3 faktorun olduğu qeyd edilir:
* qida borusunu diafraqma dəliyinə bərkidən birləşdirici toxumanın strukturunun zəifliyi
* qarın daxili təzyiqin yüksəlməsi
* qida borusunun həzm traktı diskineziyalarında və qida borusu xəstəliklərində yuxarıya dartması
Yırtığın 3 variantı ayırd edilir:
1 Sürüşən yırtıq
2 Paraezofageal yırtıq
3 Yırtığın qarışıq variantı
Qida borusu dəliyinin yırtığı aşağıdakı fəsadları törədə bilir:
* morfoloji xarakteristika - kataral,eroziv,xoralı
* qida borusunun peptik xorası
* qida borusunun iltihabı
* çapıq stenozlaşma və ya qısalma
* qida borusu və ya mədənin kəskin və xroniki qanaxması
* mədənin selikli qişasının retroqrad olaraq qida borusuna prolapsı
* qida borusunun yırtıq səviyyəyə ingavinasiyası
* qida borusunun perforasiyası
* reflektor stenokardiya
* yırtığın boğulması
Xəstəlik özünü yeməkdən,xüsusilə də çox yemək qəbulundan,fiziki gərginlikdən sonra qida borusu boyunca əmələ gələn ağrılarla biruzə verir.Ağrılar bəzən kürəyə və ətraflara doğru yayılır.Bəzən bu ağrıları ürək və mədəaltı vəz xəstəliklərini ağrıları ilə səhv salırlar.Ağrılar su və qələvilərin qəbulu ilə aradan qalxır.Ağrılar xəstə önə əyildikcə artır və küt,mülayim olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qida borusu dəliyinin yırtığı" haqqında müzakirə