Qida borusunun xorası

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 10 577
  • 0 rəy

Qida borusunun xorası
Qida borusunun xorası qida borusunun xoralaşmasıdır.Xora əsasən qida borusunun aşağı üçdə-birində əmələ gəlir.Xəstəliyyə qadınlardan çox kişilərdə rast gəlinir.
Etiopatogenezi
Qida borusunun yaraları 2 cür olur:
- həqiqi(peptik)
- simptomatik
Həqiqi xoralar qida borusunun distrofik yaralarında,kardiya çatmazlığında və reflyuks xəstələrində rast gəlinir.Bu xoraların əmələ gəlməsində aşağıdakı faktorlar rol oynayır:
- mədə şirəsinin aqressiv faktorları(xlorid turşusu və pepsin)
- mərkəzi sinir sistemi və qastrointersistal fermentlərin ifrazı arasında disfunksiya
- mədənin selikli qişasının və uyğun olaraq qida borusunun slindrik epitelinin heterotopiyası
Simptomatik xoralarda kardiyanın çatışmazlığı və reflyuks xəstəliyi olmur.
Xəstəliyin əmələ gəlməsində bəzi etioloji variantların rolu var:
* durğunluq(şişlərdə,divertikullarda,stenozlarda)
* bəzi dərman vasitələrinin qəbulu
* viruslar(narkomanlarda,AİDS xəstələrində,homoseksuallarda)
*stress(geniş yanıqlarda,mərkəzi sinir sistemi xəstəliklərində)
* Şeqren və Bexçet sindromunda
Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- döş sümüyü arxasında ağrı
- disfaqiya
- qıcqırma
- qusma
- arıqlama
Xəstəliyə diaqnoz qoymaq üçün ezofaqoskopiyanın,rentgenoskopiyanın nəticələri əsas götürülür.Müayinə zamanı qida borusunda əsasən xoranın 3 forması ayırd edilir:
*ocaqlı
* dərinləşmiş
* yastıinfiltirativ
Əsas rentgenoloji əlamət qida borusu konturunun kölgəliyində girdə və ya üçbucaq şəkilli çıxıntının olmasıdır.Dolayı əlamət qida borusunun daxili səthində davamlı kontrast ləkənin olmasıdır.
Xəstəlik vaxtında və düzgün müalicə olunmasa aşağıdakı fəsadları verə bilir:
qida borusunun stenozu
qida borusunun perforasiyası
kəskin və xroniki qanaxmalar
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qida borusunun xorası" haqqında müzakirə