Defekasiya aktının pozulması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 6 487
  • 0 rəy

Defekasiya aktının pozulması
Düz bağırsaq çıxacağında olan daxili və xarıci sfinkterlərin tonusu defekasiya zamanı reflektor yolla zəifləyir,yoğun bağırsağın və düz bağırsağın peristaltika hərəkətləri sayəsində nəcis xarici mühitə ifraz edilir.Bu vaxt qarın presi əzələləri və diafraqma yığıldığına görə,periton boşluğunda təzyiq artır.Eyni zamanda anusu qaldıran əzələnin yığılması defekasiya aktına şərait yaradır
Defekasiya refleksinin mərkəzi onurğa beyinin oma seqmentlərində yerləşir.Bu seqmentlər zədələndikdə düz bağırsaq sfinkterinin tonusu azalır və nəcisin saxlanması mümkün olmur.Onurğa beyini defekasiya refleksi mərkəzinin yerləşdiyi seqmentlərdən yuxarı hissədən kəsildikdə sfinkterin tonusu artdığına görə nəcis düz bağırsaqda uzun müddət qala bilir,lakin defekasiya aktı qeyri-iradi xarakter alır.
Defekasiya aktını ləngidən iradi sinir impulsları beyin qabığlndan verilir.
Orqanizmdə gərginlik olduqda düz bağırsağın sfinkterlərinin tonusu qeyri-iradi azalır və defekasiyaya səbəb olur.
Düz bağırsaqda iltihab olduqda onun reseptorlarının həssaslığı yüksəldiyinə görə tez-tez yalançı defekasiya gücənmələri müşahidə edilir.
Defekasiya aktının pozulmasına səbəb olan faktorlar arasında düz bağırsağın və anal dəliyin patologiyaları da mühüm rol oynayır.Belə patologiyalar baş verdikdə xəstələrdə defeksiya aktından qorxma halları müşayət edilir ki,bu da həmin hissədə ağrının olması ilə əlaqədar olur.Ağrı əksər hallarda qanama ilə müşahidə edilə bilir və aralıq nahiyəsi əzələlərinin spazmı defekasiya aktının işini çətinləşdirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Defekasiya aktının pozulması" haqqında müzakirə