Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir-neçə gün etsəniz bel ağrılarından xilas olacaqsınız

  • Müəllif: elnare
  • Tarix: 5 may 2017
  • Baxış sayı: 5 598
  • 0 rəy

Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir-neçə gün etsəniz bel ağrılarından xilas olacaqsınız

Əgər siz bel ağrılarından əziyyət çəkirisinizsə aşağıdakı hərəkətləri etməklə ağrılardan xilas ola bilərsiniz. Amma arterial təzyiqi yüksək olanlara bu hərəkəti etmək məsləhət bilinmir. Bəhs etdiyimiz gimnastika hərəkəti yoqaya başlayanların ilk hərəkətləridir. Həmin hərəkətlərdən birini gündə bir dəfə və 3 gün ardıcıl olmaqla təkrarlamanız sizi bel ağrılarından xilas edəcək, sizin bədəniniz rahatlaşacaq, əzələlərinizdəki gərginlik aradan qalxacaq. Bu yoqa hərəkəti həm bel, həm də boyun fəqərələrini hərəkətə gətirəcək və bədəninizə rahatlıq verəcək. İnanmasanız özünüz bu hərəkəti edib faydasını görə bilərsiniz.
Hərəkətləri necə eləməli?
Qatlanma pozası
Yerdə oturun və ayaqlarınızı qabağa doğru düz uzadın. Rahat olun və fərəqələrinizin rahat olmasına əmin olun. Dabanlarınızı cütləşdirin və dərindən nəfəs alın. Əllərinizi qabağa doğru uzadıb başınızı ayaqlarınıza doğru uzatmağa calışın. Çalışın başınızı nə qədər bacrırsınızsa o qədər də ayaqlarınıza yaxımlaşdırın.
Uşaq pozası
Bu poza körpə uşağın vəziyyət aldığı pozadır. Dizi üstə oturun və başınızı qarşınıza yerə doğru əyin və çalışın alnınız yerə toxunsun. Əllərinizi yanlardan açaraq ayaqlarınıza doğru uzadın. Sağ əlinizlə sağ ayağınızı, sol əlinizlə də sol ayağınızı tutun və bu cür əyilmiş vəziyyətdə bir-neçə dəqiqə dayanın.
Dönmə
Bardaş qurub yerdə oturun və sağ əliniz son tərəfinizdə yerə toxundurun. Sonra sağ tərəfinizə dönməyə çalışın. Dönmə əməlini yerinə yetirərkən çalışın arxanız oturduğu yerdən tərpənməsin. Sonra bu hərəkəti sol tərəfə doğru təkrarlayın.
İlahə pozası
Kürəyi üstə yerə uzanın və əllərinizi yana doğru açın. Kürəyinizi yerindən tərpətmədən sağ ayağınızı bükərək sola doğru gətirərək yerə toxundurmağa çalışın və 2 dəqiqə bu vəziyyətdə dayanmağa çalışın. Sonra bu hərəkəti sol ayağınızla təkrarlayın.
Ayaqlar və divar
Divara yaxın yerdə uzanın və bədəninizi dübucaq şəklində saxlamağa çalışın. Əllərinizi yana doğru açaraq ayaqlarınızı divar boyu qaldırın və bu vəziyyətdə dayanın.
Sərbəst duruş
Kürəyiüstə yerə uzanın və dizlərinizi qarnınıza doğru yaxınlaşdırın. Əllərinizlə ayaqlarınız qarnınıza doğru sıxmağa çalışın. Bu qayda ilə bir-neçə dəqiqə dayanmaq belinizdəki gərginliyi aradan qaldıracaq.
Göyərçin duruşu
Yerdə oturun və sol ayağınızı geriyə doğru açın. Sağ ayağınızı isə qabağa doğru bükülü vəziyyətdə saxlamağa çalışın. Belinizi və başınızı dik tutun və bacardığınız qədər bu vəziyyətdə dayanın.
Balıq pozası
Kürəyi ütə yerə uzanın və hər iki əlinizi arxadan oturacağınıza doğru uzadıb saxlayın. Dirsəklərinizlə özünüzə dəstək verin və beldən yuxarı hissənizi qaldrmağa çalışın. Başınızı arxaya doğru əyərək yerə toxundurmağa çalışın və bu vziyyətə bacardığınız qədər durun.


 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir-neçə gün etsəniz bel ağrılarından xilas olacaqsınız" haqqında müzakirə