Karpal tunel sindromu

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 1 719
  • 0 rəy

Karpal tunel sindromu.
Karpal tulnel sindromu bilək nahiyyəsində sinirlərin sıxışması səbəbli meydana çıxan əlamətlərdir. Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, 9 şaxəsi ilə birlikdə karpal boşluğundan keçir. Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir səbəbli həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir. Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəki fəaliyyətində patologiyalar meydana çıxır.
Karpal tunel sindromuna ən çox 40-60 yaş arasında olan qadınlar məruz qalır. Ən çox bilək nahiyyəsi uzun müddət bükülü vəziyyətdə iş görən qadınlarda meydana çıxır. Uzun müddət bükülü qalan bilək nahiyyəsində sıxılan sinirdə zədələnmələr vaş verir ki, bu da kapral tunel sindromunun meydana çıxmasına səbəb olur.
Bu sindroma ən çox uzun müddət makinada, klaviaturada yazanlarda, tikiş tikən və ya toxuma ilə məşğul olan qadınlarda rast gəlinir. Bundan başqa aşağıdakı xəstələrdə bu əlamətləri müşahidə etmək mümkündür:
– xroniki şəkər xəstələrində
– revmatoid artrit xəstələrində
– hipotriroid
– həddən çox artıq çəki.
Xəstəlik  əldə gücün zəifləməsi, tez yorulma, həmin hissədə əzələlərin atrofiyalaşması, barmaqların uyuşması əlamətləri ilə özünü biruzə verir. Bu zaman xəstənin bilək və əl barmaqlarında baş verən şidddətli ağrılar xəstənin yuxudan ayılmasına səbəb olur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Belə ki, xəstənin şikayətləri diaqnozun təsdiqlənməsi üçün yetərli hesab edilir.
Müalicə zamanı xəstəyə ağrıları azaldacaq dərmanlar təyin edilir, steroid ineksiyalar vurulur və biləyin az hərəkətliliyi məsləhət görülür. Bir-neçə ay müddətində xəstənin vəziyyəti yüngülləşməsə xəstə əməliyyat edilir, kapral tunel açılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Karpal tunel sindromu" haqqında müzakirə