Paltaryuyan maşına uksus tök və nəticəsini özün gör! Uksusun faydaları

  • Müəllif: elnare
  • Tarix: 26 mart 2017
  • Baxış sayı: 21 479
  • 0 rəy

 Paltaryuyan maşına uksus tök və nəticəsini özün gör! Uksusun faydaları
Qida məqsədilə istifadə edilən uksus kafellərə, güzgülərə, şüşələrə və qədəhlərə parlaqlıq verir. Uksusu kranlarının və qızdırıcıların da illərlə yığılıb qalmış ərplərini təmizləmək qabiliyyətinə malikdir. Soda ilə qarışdırılıb əl-üz yuyanı təmizlədikdə isə ağardır. Bu təmizliyi əldə etmək üçünsə təmizləyici vasitənin üstünə az miqdar uksus əlavə etmək lazımdır.
1. Uksus paltaryuyan maşındakı yuyucu tozun üstünə əlavə edildikdə paltarlar daha yumşaq və təravətli olur.
2. Uksus paltardakı ləkələrin də təmizlənməsində yardımçı olur. Bunun üçün yuyucu toza uksus əlavə edilib ləkəli nahiyələri silmək və ya paltar maşınına tökülən yuyucu toza 50 qram uksus əlavə etmək lazımdır.
3. Paltarlarda olan tər iyini aradan qaldırmaq üçün maşının yaxalama gözünə 100 qram uksus tökülür.
4. Yığılıb qalmış paltarlardan və ya mağazadan alınmış paltardan gələn iyi aradan qaldırmaq üçün onları az miqdar uksus qatılmış suda saxlamaq kifayətdir.
5. Suya eyni miqdarda daş duz və uksus qarışdırıb bişirilən horranı paltarlarda olan ləkələrin üstünə sürtüb bir müddət saxladıqdan sonra sildikdə, ləkələr aradan qalxır.
6. 9 %-li uksuslu suda paltarları saxladıqda, paltar bitlərindən xilas olmaq mümkün olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Paltaryuyan maşına uksus tök və nəticəsini özün gör! Uksusun faydaları" haqqında müzakirə