Şəkərli diabet nədir?

  • Müəllif: Dr.Nicat
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 503
  • 0 rəy

Şəkər orqanizm üçün enerji məbəyi sayılır. Hamının qanında orqanizm üçün lazım olan miqdarda şəkər vardır. Qanın tərkibində olan şəkər orqanizmin bütün hissələrini qlükoza ilə təmin edir. Qan qlükozanı əzələlərə ,beyinə, ətraflara daşıyır və bədənin enerji təlabatını ödəməkdə yardımçı olur.Qanda şəkərin miqdarını normada saxlamaq üçün mədəaltı vəzin insulin hormonu orqanizmdə mühüm rol oynayır.
Qida qəbulundan sonra qanda şəkərin miqdarı artır. Mədəaltı vəzin insulin hormonu qanda artan şəkərin miqdarını aşağı salır. Əgər mədəaltı vəz öz funksiyasını normal yerinə yetirmirsə bu zaman insulinin qanda miqdarı azalır və o, qanda şəkərin miqdarını normallaşdıra bilmir. Bu zaman şəkərli diabet xəstəliyi meydana çıxır. Şəkərli diabet xəstəliyi zaman qanda qlükozanın miqdarı çox olur və bu da qan vasitəsilə artıq qlükozanın orqan və toxumalara daşınmasına səbəb olur.
Şəkərli diabet xəstələri diaqnozlarını təsdiqlətdikdən sonra həkimin dediklərinə əməl etsələr onların vəziyyətləri normala dönə bilir. Xəstələr qanda şəkərin miqdarını normada saxlmaq üçün dərman və ya insulin qəbul etdikləri zaman onların sağlıqla əlaqəli heç bir problemləri olmur.
Şəkərli diabet xəstələri pəhrizlərinə əməl etməli, həkimin göstərişlərini yerinə yetirməli, əl və ayaqlarına diqqətlə qulluq etməlidirlər. Xüsusən də şəkər xəstələri üçün ayaqlara qulluq diqqət mərkəzində olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şəkərli diabet nədir?" haqqında müzakirə