Gingivit

  • Müəllif: admin1
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 4 601
  • 0 rəy

Gingivit
Gingivit- diş ətinin iltihabı
Ümumi məlumatlar.
Yerli və ümumi faktorların xoşagəlməz təsiri nəticəsində baş verən diş ətinin iltihabi xəstəliyidir.
Səbəblər :
Orqanizmin reaktivliyinin endokrin , ürək-damar sistemlərinin müxtəlif toxumaların pozulması, hipovitaminozlar , allergik ,infeksiyon xəstəliklər və s. nəticəsində reaktivliyinin pozulmasıdır. Yerli faktorlara ağız boşluğunun düzgün olmayan gigiyenası nəticəsində mikrobloranın inkşafı, çənə diş sisteminin deformasiyaları və anomaliyaları və.s aiddir. Yerli travmatik faktorlarda gingivitin səbəbi ola bilər. Digər səbəblərə dişin kariesi , plobların defekti və s. ola bilər klinik şəkli.
Simptomları :
Aşağıdakı formaları ayırd edilir.
– Kataral gingivit
– Hipertrofik gingivit
– Xoralı gingivit
– Deskvamativ gingivit
– Atrofik gingivit
Gingivitn ağırlığı selikli qişada iltihabın yayılma dərəcəsindən asılıdır. Yüngül dərəcədə dişarası məməciklərin zədələnməsi qeyd olunur, orta ağırlıq dərəcədə isə proses diş ətinin kənarlarına yayılır. Ağır dərəcədə diş ətı tam olaraq iltihaba uğrayır.
Kataral formada xəstələr diş ətində xoşagəlməz hissiyatdan, qaşınmadan, yemək qəbulu zamanı qanaxmadan və pis qoxudan şikayətlənirlər .Dişin üzərində diş ərpi olur . Bəzən bu ərp yaşımtıl bərk formada olur. Xəstələrin ümumi vəziyyəti dəyişmir . Xəstəlik uzun müddət cəkirsə peredontal yarığın genəlməsi alveollararası cəpərlərdə osteoparoz qeyd olunur.
Diaqnostika :
Klinik şəklə əsasən qoyulur.
Müalicə :
Müalicə kompleks aparılır. Yerli olaraq ağrıkəsici terapiya və diş ərplərinin təmizlənməsi aparılır, iltihab əleyhinə maddələr ,ağız boşluğunu yaxalamalar ,qarqaralar şəklində, ev şəraitində C,P,A vitaminlərinin qəbulu çay sodası ilə qarqaralar aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gingivit" haqqında müzakirə