Dəri xəstəlikləri nədir?

  • Müəllif: elnare
  • Tarix: 29 aprel 2017
  • Baxış sayı: 5 826
  • 0 rəy

Dəri xəstəlikləri nədir?

Dri xəstəlikləri dedikdə insanın dəri və görünən selikli qişlarında əmələ gələn xəstəliklər nəzərdə tutulur. Adətən dəri xəstəlikləri dedikdə onunla məşğul olan dermatologiya elmi nəzərdə tutulur. Dəri xəstəlikləri bir-neçə qrupa bölünür.
1. Mikroorqanizmlərin meydana gətirdiyi dəri xəstəlikləri
Mikroorqanizmlər insan dərisində bir-çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Mikrroqanizmlər dəriyə istənilən yolla daxil ola bilir və rahatca xəstəlik əmələ gətirirlər. Yaralar, yanıqlar, qoturluq, həşəratların sancdığı nahiyələr, ekzemalar mikroorqanizlərin sayəsində asanlıqla iltihablaşa bilirlər.Bu zaman dərdə əmələ gəln xəstəlik dermatit adanır.
Mikroorqanizmlərin əmələ gətirdiyi xəstəliklərdən cüzam, dəri vərəmi və s. misal göstərmək mümkündür.
2. Allergik dəri xəstəlikləri
Allergik dəri xəstəlikləri dəri xəstəliklri içərisində ən çox rast gəlinənidir. Allergik dəri xəstəliklrinin diaqnozunu qoymaq çətinlik törədir. Bu diaqnozun araşdırılıb qoyulmsında həkimlə bərabər xəstə yaxınlarının da rolu vacibdir. Allergiya səbəbli baş verən dəri xəstəlikləri müxtəlif səbəblərdən meydana gəlir. Bu səbəblər arasında məişət tozları, quş tükləri, dərmanlar, bağırsaq parazitləri və s. ola bilir. Allergiya səbəbli dəri xəstəlikləri irsiyyətdən, orqanizmin vəziyyətindən və psixoloji səbəblərdən əmələ gələ bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dəri xəstəlikləri nədir?" haqqında müzakirə