Eritema

  • Müəllif: elnare
  • Tarix: 25 yanvar 2017
  • Baxış sayı: 2 680
  • 0 rəy

Eritema.
Eritema dəridə qızartı və qabarmalarla müşayiət olunan xəstəlikdir. Qabarcıqlar 1-3 cm ölçüdə diametrə sahib, parlaq dəriyə malik olurlar. Eritema səpkilərinə ən çox aşağı ətraflarda, diz oynağı və onun yaxınlığında daha çox rast gəlinir. Nadir hallarda döşlərin yanı və yuxarı ətraflarda da eritamaya rast gəlmək mümkündür. Eritama zamanı orqanizmdə digər əlamətlər də özünü göstərir:
* halsızlıq
* qızdırma
* artralgiya.
Rentgenoqrammada xəstənin döş qəfəsində adenopatiya müşahidə edilir.
Eritemanın əlamətləri dəridə 1-3 həftəyə əmələ gəlir. Əvvəlcə eritema əmələ gələcək nahiyə qızarır, bərkiyir, sonra həmin hissə bənövşəyi rəngə dönüşür, həmin hissənin dərisi parıldayır və əl vasitəsilə basdıqda yüngül ağrılı olur. Eritemanın əmələ gəldiyi yerdə kapilyarların qansızması baş verdiyinə görə qızartılar meydana çıxır. Xəstəlik zamanı dəridə əmələ gələn patoloji dəyişikliklər 3-6 həftə ərzində dəridə qalır, sonra tədricən azalır və sağalır. Xəstlik nadir hallarda residiv verir. Xəstəlik kişilərə nisbətən qadınlarda daha çox baş verir.
Eritema adətən orqanizmdə baş verən müxtəlif infeksiya xəstəlikləri zamanı, müxtəlif dərmanların qəbulu zamanı və sistem xəstəliklərində müşahidə edilir. Xəstəliyin vərəm və ya göbələk mənşəli oluduğu da düşünülür. Bəzi hallarda sarkidoz və bağırsağın iltihabı xəstəlikləri zamanı da dəridə eritema əlamətləri görünür. Xəstəliyin əmələ gəlməsində stafilokokk infeksiyalarının rolu böyükdür. Eritemaya diaqnoz qoymaq çətinlik törətmir.
Xəstəliyin müalicəsində antihistamin preparatlardan, geniş spektrli antibiotiklərdən istifadə edilir. Xəstəliyin aktiv dövrlərində fizioterapevtik müalicə üsulları tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Eritema" haqqında müzakirə