UŞAQLARDA QİDA ALLERGİYASI

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 3 389
  • 0 rəy

UŞAQLARDA QİDA ALLERGİYASI.
Qida allergiyası dedikdə ağız vasitəsilə qəbul onunan qidaya orqanizmin verdiyi cavab reyaksiyası nəzərdə tutulur. Qida allergiyaları adətən uşaqlarda rast gəlinir. Statistik məlumatlara əsasən 3 yaşa qədər uşaqlarda 6%, məktəb yaşa qədər uşaqlarda 3%, böyüklərdə isə 1% qida allergiyalarına rast gəlinir. Xəstəliyi uşaqlarda çox yayılmasına səbəb bağırsaq traktının həzm olunmamış qida məhsullarına qarşı yüksək həssaslığı ilə bağlıdır. Adətən qida allergiyaları yeniyetmə yaşlarında keçib gedir.
Ən çox yayılan qida allergenləri qlükoproteinlərdir. Onlar turş mühitdə və termal təsir altında parçalanmır, bağırsaqdan asanlıqla sorulur. 80-90% hallarda allergiya əlamətləri uşağın körpə yaşlarında meydana çıxır. Bu dövrdə uşaq orqanizminin qida məhsulları ilə ilk kontakda olması allergik əlamətlər verir. Məsələn: süd, yumurta, kakao, bal, sitrus meyvələr, fındıq və sairə bu kimi qidalar uşaqların dərilərində səpgi, dillərinin üstündə ağ cizgilərlə özünü göstərir.
Qida allergiyaları bəzən qida dözülməzliyinə bənzəyir. Qida məhsullarına qarşı reaksiya immun mexanizmlərə əsaslnarsa, bu həqiqi qida allergiyası sayılır, qeyri-immun xarakter daşıyırsa bu qida dözülməzliyi adlanır. Aşkar edilmişdir ki, bu vəziyyətin yaranmasında ferment çatışmazlığı, bioloji aktiv maddələrin və digər amillərin rolu var.
Qida allergiyaları zamanı aşağıdakı əlamətlər meydana çıxır:
– ödem
– allegik səpgilər
– astmatik tutma
– kontakt övrə
– eozinofil qastroenterit
Bir yaşa qədər uşaqlarda bu əlamətlər baş verir:
– saçların dibində qızartı
– yanaqlarda dərinin qızarması
– qaşınmalar
Hətta ən yaxşı gigyenik qaydalarda böyüyən uşaqlarda belə dəri büküşlərində zədələnmələr yaranır. Uşaqlarda qida allergiyasını əsas əlaməti ekzema və mədə-bağırsaq pozğunluqlarıdır. Adətən qida qəbulundan sonra uşaqlarda dil-boğaz nahiyədə ödem, yanma hissiyatı, qusma, qarın ağrılar, diareya baş verir. Ağırlaşma zamanı fitverici tənəffüs və boğulma, halsızlıq, bayılma da baş verə bilir.
MÜALİCƏSİ: Müalicəsi xəstəliyin klinikasına əsasən evdə və ya xəstəxana şəraitində aparılır. Xəstənin vəziyyəti ağırlaşıbsa bağırsaqları yuyulir, qanəvəzedicilər köçürülür, antihistanin, disbakterioz əleyhinə dərman preparatları təyin edilir. Uşağın valideyinlərinə uşağın qidasına diqqətlə yanaşmaq tövsiyə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"UŞAQLARDA QİDA ALLERGİYASI" haqqında müzakirə