Pollinoz və ya mövsümi allergiya

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 3 275
  • 0 rəy

Pollinoz və ya mövsümi allergiya.
Latınca pollen – tozcuq deməkdir. Pollinoz geniş yayılmış allergik xəstəlikdir. Xəstəliyin əmələ gəlməsinə külək vasitəsilə yayılan bitki tozcuqları və məişət tozlarıdır.
Tozlar və bitki tozcuqları kiçik ölçülü və çox yüngül olduqları üçün havada rahatca uçur və asanlıqla tənəffüs yoluna daxil ola bilirlər. Tozcuqların yayılmasına külək səbəb olur. Yalnız yağış yağandan sonra küləksiz havada atmosferdə tozların miqdarı az olur. Xəstəliyin əlamətləri aşağıdakılardır:
– burunda qaşınma, gicişmə və göynəmə
– tez-tez asqırma, öskürmə
– boğazda göynəmə
– gözlərdə, göz qapaqlarında qızartı və qaşınma
– bəzən astma tutmaları
– yüngül yorğunluq, halsızlıq.
Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir. Çox zaman pollinozu soyuqdəymə ilə səhv salırlar. Xəstəliyə istənilən yaş dövründə rast gəlmək olur. Polinoz xəstəliyinə tutulma riski altında olanlar:
– irsiyyətində allergiyaya meyilli adamlar
– ekoloji pis şəraitdə yaşayanlar və işləyənlər
– digər allergik xəstəliyi olanlar
– bronxit və astma xəstəliyi olanlar
– tonzillektomiya əməliyyatı keçirənlər
– immun sistemi zəif olanlar.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir, müalicə allerqoloqlar tərəfinfən aparılır. Xəstəliyin kəskinləşməməsi üçün profilaktik tədbirlərə əməl etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pollinoz və ya mövsümi allergiya" haqqında müzakirə