Babasil (hemaroy) xəstəliyi, əlamətləri və müalicəsi

  • Müəllif: admin
  • Tarix: 4 mart 2017
  • Baxış sayı: 89 108
  • 0 rəy

Babasil düyünləri, əlamətləri və müalicəsi. Babasil müasir günümüzdə ən geniş yayılmış xəstəliklərdəndir. Statistikanın hesablamalarına görə yer kürəsi əhalisinin 10-dan 8-i babasildən əziyyət çəkir. Babasil düz bağırsaqda baş verən varikoz genəlmələr və düz bağırsaq nahiyəsinin venalarının iltihablaşması səbəbindən baş verir. Babasil xəstəliyi özünü aşağıdakı əlamətlərlə biruzə verir:


Babasilin (hemoroyun) əlamətləri
- “Düz bağırsaqda discomfort”
- “Anus nahiyəsində ağrı”
- “Defekasiyanın çətinləşməsi”

 Babasil düyünlərin əlamətləri yerləşdiyi nahiyədən asılı olaraq bir-birindən fərqlənir. Xəstəliyin aşağıdakı növləri var:


Babasilin (hemoroyun) növləri
1. “Daxili babasil düyünləri
2. “Xarici babasil düyünləri
3. “Kombinəedilmiş düyünləri

  Daxili babasil düyünləri düz bağırsağın daxilində əmələ gəlir. Bu düyünlər gözlə görünmür, amma proktoloqun müayinəsi diaqnozu təsdiqləyir. Daxili babasil düyünlərinin kliniki mənzərəsi digər düyünlərin əlamətlərindən fərlənir.

  Xarici babasil düyünlərini əksər hallarda anal babasil də adlandırırlar. Bu cür düyünlər adi gözlə də görünə bilir. Xarici babasil düyünləri xəstəyə çoxlu xoşagəlməz əlamətlər yaşadır.

  Kombinəedilmiş babasil düyünləri  həmdaxili, həm də xarici babasil düyünlərinin birlikdə ptoloji əlamətlər verməsidir. Xəstəliyin dörd ağırlıq mərhələsi müəyyən edilir.

 Hər mərhələnin özünəməxsus əlamətləri və ağırlaşmaları olur. Babasilin ən ağır mərhələsi dördüncü dərəcə hesab edilir. Bu zaman xəstələr kəskin ağrılardan və ağırlaşmalardan şikayət edirlər. Bu mərhəldə mütləq həkimin cərrahi müdaxiləsinə ehtiyac duyulur. Xəstəliyin əmələ gəlmə səbəbi kimi uzun sürən qəbizliklər, düz bağırsaq venalarının genişlənmələri və ya venaların trombozu qeyd edilir.

 Babasil düyünləri xoşxassəli və bədxassəli olmaqla iki cür olur. Düyünlərin iltihablaşması kiçik çanaq üzvlərində də iltihab əlamətlərinin meydana çıxmasına səbəb olur. Mütəxəssislər kişilərdə babasil xəstəliyini əmələ gəlməsinin səbəbini oturaq həyat tərzi və qəbizlikdən, qadınlarda isə ən çox doğuşdan sonra baş verdiyini söyləyirlər.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Babasil (hemaroy) xəstəliyi, əlamətləri və müalicəsi" haqqında müzakirə