Nənənlərimiz nə deyib? Qan təzyiqi

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 4 044
  • 0 rəy

NƏNƏLƏRİMİZ NƏ DEYİB? QAN TƏZYİQİ.

Xalq təbabətində elə dəmləmələr var ki, bu dəmləmələr sizə arterial təzyiqi aşağı salmaqda, nevrozlarda, beyin qan dövranını yaxşılaşdırmaqda, qıcolmalarda, venoz qan damarlarında olan durğunluq zamanı, ürəkdöyünmə zamanı kömək göstərəcək.
Bu gün mən sizə arterial təzyiqi təbii yollarla necə aşağı salmaq üçün dəmləmə resepti deyəcəyəm.
Aptekdən 5 hazır satılan bitki cövhəri alın. Pion 1, pişikotu 1, evkalipt (50 ml – 2 ), nanə ( 25 ml – 1), aslanotu (pustırnik ) 100 ml – 4 nisbətdə. Bunların hamısını eyni şüşə qaba töküb 10 mixək  üzərinə əlavə edin. Şüşənin qapağını yaxşıca bağlayıb qaranlıq yerdə 10 gün saxlayın. Çalxalamaq olmaz!

Sonra gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə qabaq içmək lazımdır. Alınmış məhlulun 1 xörək qaşığını 1 stəkan suya əlavə edib içmək lazımdır. 10 gün fasiləsiz qəbul etsəniz sizə necə kömək edəcəyini görəcəksiniz.
Bu üsulla təzyiqin aşağı düşməsi dəfələrlə sübut olunub. Resepti yaxınlarınıza da məsləhət görə bilərsiniz. Çünki, dəyişkən hava tempraturu bəzən insanların təzyiqinin oynamasına səbəb olur. Bu dərman onları həm təzyiqdən, həm də yuxusuzluqdan xilas edəcək.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR BİTKİLƏRDƏN HAZIRLANIR.


Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənənlərimiz nə deyib? Qan təzyiqi" haqqında müzakirə