Əl və ayaq üşüyəndə nə etməli

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 4 189
  • 0 rəy

ƏL VƏ AYAQ ÜŞÜYƏNDƏ NƏ ETMƏLİ

Statistikanın məlumatlarına görə əllərin və ayaqların üşüməsi qadınlarda 15-45 yaş arası, kişilərdə isə 50 yaşdan sonra baş verir. Kişilərdə  bu hal qadınlara nisbətən 2 dəfə az olur.
Bu zaman nə baş verir? Əl və ayaq üşüməsisin səbəbi ətraflarda olan xırda kapilyarların spazmı və durğunluğudur. Belə adamların əl və ayaqları soyuq və solğun olur, açıq -mavi rəngdə olur, arabir əl və ayaqlarda uyuşma olur. Üşümə uzun müddət olarsa həmin hissələrdə ağrılar olur. Ağrılar artıcı xarakter daşıyır.
Belə əlamətləri olan adamlar aşağıdakı qaydalara əməl eləməlidirlər:
GEYİMLƏR
Həmişə havaya uyğun geyinməlidirlər. Qış aylarında onsuz da isti geyinirik.Əgər bir neçə dəqiqilik olsa belə bayıra çıxmaq istəsəniz yenə də ayağınıza isti geyinin. Soyuqdan əllərinizi və başınızı da qoruyun. Ayaqlarınıza soyuq aylarda mütləq isi ayaqqabı geyinin .
EV
Evdə havanın tempraturunu elə saxlayın ki , özünüzü isti hiss edəsiniz. Yatan zaman əyninizə isti yataq paltarı geyinin.
SİQARETDƏN UZAQ OLUN
Nikotin xırda kapiliyar damarlarda spazma səbə olur.

SU PROSEDURLARI
İşlətdiyiniz suyun tempraturu həmişə isti olmalıdır, çünki, soyuq su kapiliyar damarlarda spazm törədir.
GİMNASTİKA
Bu hərəkəti edin-əllərinizi yanlara açın “dəyirman” kimi hərəkət etdirin. Bu hərəkəti bir dəqəqədə 80 dəfə təkrarlayın. Əllərinizə qan yaxşı işləyəcək.
QİDALANMA
Alımlər sübut ediblər ki, nə qədər balıq yağı qəbul etsəniz, o qədər üşüməzsiniz.
HEMOQLOBİN
Qanda hemoqlobinin az olması da əl və ayaq üşümələrinə səbəb olur. Buna görə də tərkibində dəmir çox olan qidalara üstünlük verilməlidir.
Xalq təbabəti məsləhət görür :
-Bir şüşə arağın içinə 2 acı bibəri xırda doğrayın, oraya 1 xörək qaşığı duz və 1 xörək qaşığı xardal tökün. Şüşəni çalxalayıb qoyun bir yerə, məhlul qırmızı rəng olana qədər orada qalsın. Bu məhlulu yatmazdan əvvəl əllərinizə və ayaqlarınıza çəkin. Silməyın, özü -özünə quruyacaq. Quruyandan sonra yun corab geyinib yatağınıza uzanın .
-İsti ayaq vannası edin. 5 l suya hazırladığınız məhluldan 50 qram, 1 xörək qaşı darçın və 10 damcı qərənfil yağı əlavə edin. 20 dəqiqədən sonra siz ayaqlarınızı isti hiss edəcəksiniz.
-Zəncəfil çayı bədəni qızdırır.Qıtıqotu (xren) və istiotu yeməklərinizə əlavə eləsəniz bədəninizi isti saxlayar.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Əl və ayaq üşüyəndə nə etməli" haqqında müzakirə