Nənələrimiz nə deyib? Cökə çiçəyi

  • Müəllif: elnare
  • Tarix: 12 yanvar 2017
  • Baxış sayı: 5 697
  • 0 rəy

Nənələrimiz nə deyib? Cökə çiçəyi
Cökə çiçəyinin xalq təbabətində tətbiqi  qədim zamanlara gedib çıxır. Tibbdə cökə çiçəyindən tərlədici, qızdırmasalıcı kimi istifadə edilir. Gözəl ətrə malik olan cökə çiçəyi dəmləməsindən aşağıdakı xəstəliklər zamanı istifadə edilir:
* baş ağrıları
* qızdırma
* bayılmalar
* podaqra
* soyuqdəymə
* sidik axarında sancılar
* süd vəzisinin iltihabı.
Bunlardan başqa cökə çiçəyinin bişirməsindən bəlğəmgətirici, ümumi ağrıkəsici və sidikqovucu kimi istifadə olunur. Homeopatiyada cökə çiçəyinin tinkturası meteorizmdə və mədə-bağırsaq traktının pozğunluğu zamanı təyin edilir.
Tibbdə çökə çiçəyindən alınmış preparatlardan həm daxili, həm xarici xəstəliklərin müalicəsində istifadə edilir. Həmin preparatlar mikrob əleyhinə, iltihaba qarşı və yumşaldıcı təsir göstərir.
Cökə çiçəyini bişməsi yanıqlar, xoralar və babasil düyünlərinin iltihabında, revmatik və podakrik ağrılarda tətbiq edilir.
Cökə çiçəyini dəmləməsi güclü tərqovucu və qızdırmasalıcı təsirə malikdir.
Cökə çiçəkləri aromatik vannaların qəbulunda da istifadə olunur.
Cökə çiçəyinin dəmlənmə qaydası:
2 xörək qaşığı cökə çiçəyi şirli qaba qoyulur və üzərinə 1 stəkan qaynar su əlavə olunur. Dəmləmə qaynar su hamamında 15 dəqiqə dəmlənir və otaq tempraturunda 45 dəqiqə soyudulur. Süzülmüş dəmləməyə qaynanmış su əlavə edilib 200 ml-ə çatdırılır. Hazırlanmış dəmləmədən gündə 3 dəfə 1 stəkan yeməkdən sonra isti halda içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənələrimiz nə deyib? Cökə çiçəyi" haqqında müzakirə