Öskürəyi sağaldan çaylar


Baxış sayı: 427     Bölmə: Məqalələr / Xalq təbabəti

 

Öskürəyi sağaldan çaylar.

Bu bitki çayları bəlğəmin yumuşaltmaqla yanaşı onun sorulma prosesini sürətləndirir, öskürəyi kəsir. Tərkibində olan vitamin və minerallar orqanizmin müqavimətini artırmaqla yanaşı, soyuqdəymə əlamətlərinin də aradan qalxmasına yardımçı olur.
Razyana çayı.
Öskürmə əleyhinə içilən çaylar sırasında birinci yerdə durur. Razyana çayı bronxları genişləndirir, boğazdakı qıcıqlanma əlamətlərini aradan qaldırır, bəlğəmgətirici təsirə malikdir. Tibb sənayesində uzun illərdir ki, estraktından öskürək əleyhinə geniş istifadə edilir. Çayını dəmləmək üçün həm yarpaqlarından, həm də toxumundan istifadə edilir. 1 çay qaşığı razyana toxumu və ya xırda doğranmış yarpaqları 250 qram qaynar suya əlavə edilib, 15 dəqiqə dəmlənir və ilıq halda içilir.
Zəncəfil çayı.
Soyuqdəymə zamanı həm antiseptik, həm də öskürək əleyhinə təsir göstərir. 2-3 santimetrlik zəncəfil nazik doğranır, 1 stəkan qaynar suya salınıb, 10-15 dəqiqə dəmlənir, ilıq halda içilir.
Adaçayı.
Toksinlərin orqanizmdən xaric olunmasında çox faydalıdır. Quru öskürəyə qarşı yumşaldıcı təsirə malikdir. Əgər sizdə öskürmə ilə yanaşı boğaz ağrısı da varsa, onda 1 stəkan adaçayı dəmləməsinin içərisinə 1 çay qaşığı limon şirəsi əlavə edib qarqara edə bilərsiniz.
Ballı çay.
1 stəkan qaynar suya 1 çay qaşığı bal əlavə edilib qarşdırılır və üzərinə bir-neçə damcı limon şirəsi əlavə olunur. Ballı çay bəlğəmi yumşaltmaq qabiliyyətinə malikdir və immuniteti artıraraq öskürəyin tez sağalmasına yardımçı olur.

скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Öskürəyi sağaldan çaylar" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Öskürəyi sağaldan çaylar" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.