Qarındakı yağları əritmək üçün bitki çayları


Baxış sayı: 11     Bölmə: Məqalələr / Xalq təbabəti

 
Qarındakı yağları əritmək üçün bitki çayları.
Arıqlamağa kömək edən, metobolizmi sürətləndirən və çəki atmağa səbəb olan bəzi bitki çaylarının dəmləmələri haqqında sizləri məlumatlandırmaq istəyirəm. Bu çaylar bağırsaqların fəaliyyətini sürətləndirməklə həzmi və yağ-piy mübadiləsini sürətləndirir.
Yaşıl çay.
Yaşıl çay arıqlama çayları arasında ilk sıralarda durur. Mütəxəssislərin açıqlaması yaşıl çayın metobolizmi sürətləndirməklə çəki atmağa yardım elədiyini söyləyirlər. Yaşıl çay həm də orqanizmdən toksinlərin xaric olmasinda yardımıçı olur. Tərkibində kofein olduğuna görə mütəxəssislər yaşıl çayı yatmazdan əvvəl içilməsini məsləhət bilmirlər. Yaşıl çay çəkinin azaltmasına baxmayaraq, orqanizmin enerjisinin aşağı düşməsinə səbəb olmur.
Cincilim çayı.
Cincilim çayı qədim zamanlardan bədəni və qanı təmizləmək üçün istifadə olunan təbii vasitələrdən biridir. Davamlı olaraq qəbul etdikdə dəridə olan qızartıları aradan qaldırır, qan damarlarında olan iltihabı proseslərin azalmasına səbəb olur.
Nanə çayı.
Nanə çayı metobolizmi sürətləndirərək bədəndəki piylərin əriməsinə səbəbolan bitki çaylarından biridir. Nanə çayı baş və qarın ağrılarının azalmasına, ürəkbulanma və qusmaya qarşı istifadə edilir.
Zəncəfil çayı.
Zəncəfil çayı ən güclü antioksidant və maddələr mübadiləsini yaxşılaşdıran çay hesab edilir. O toxluq hissi yaratmaqla yanaşı insanı arıqladır və xəstəliklərə qarşı qoruyur.
Cəfəri çayı.
Cəfəri çayı orqanizmdəki artıq mayeni çıxarmaqla çəkini azaltmağa yardım edir.
Limon çayı.
Limon çayı qaraciyər və öd kisəsi fəaliyyətini sürətləndirməklə maddələr mübadiləsini sürətləndirir və arıqlamağa yardım edir.
Səna yarpağı çayı.
Səna yarpağı çayı mədə-bağırsaq fəaliyyətini sürətləndirir və çəkini azaltmaqla yanaşı bağırsaqlarda illərlə yığılıb qalmış zərərli maddələrin orqanizmdən xaric olunmasına yardım edir.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Qarındakı yağları əritmək üçün bitki çayları" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Qarındakı yağları əritmək üçün bitki çayları" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.