Sarıkökün faydaları


Baxış sayı: 940     Bölmə: Məqalələr / Xalq təbabəti

 

Sarıkökün faydaları.
Vətəni Hindistan, Çin və İndoneziya olan bu bitkidən dünyanın demək olar ki, dünyanın bütün ölkələrində istifadə edilir. Sarıkökdən şirniyyatlarda, yeməklərdə və xalq təbabətində geniş istifadə edilir.
Xalq təbabətində sarıkökdən bir çox xəstəliklərdə müalicə məqsədi ilə istifadə edilir.
Mədəsində problemlər olan xəstələr yeməklərinə, salatlarına sarıkök qatsalar bir müddət sonra narahatçılıqları aradan qalxır.
Sarıkökün qaraciyərə faydası böyükdür. O antioksidant təsiri ilə bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Sarıkökün hər gün istifadəsi qanda şəkərin miqdarının normada saxlanılmasına yardım edir.
Psorias xəstəliyi zamanı sarıkökü yaranın üstünə səpmək yaraların tez sağalmasına kömək edir.
Sarıkök möhtəşəm bir anti-depressantdır. Yatmazdan qabaq 1 stəkan südə yarım çay qaşığı sarıkök qatıb içmək əsəbləri sakitləşdirməklə yanaşı yuxunu dərinləşdirir. Sarıköklü süd soyuqdəymələr zamanı da xəstəliyin əlamətlərini azaldır, öskürəyi kəsir.
Sarıkök orqanizmdəki hüceyrələri xərçəng xəstəliyinə qarşı qoruyur.
Aparılan araşdırmalar sarıkökün orqanizmdəki radiasiya şüalarını təmizləmək qabiliyyətinə malik olduğunu təsdiq edib.
Gündəlik qida rasionuna sarıkök əlavə edilərsə revmatizm, osteoartrit və revmatoid artrit əlamətləri tədricən aradan qalxır.
Sarıkök qanda xolesterolun miqdarını aşağı salır.
Sarıkök iltihab əmələ gətirən bakteriyalara qarşı mübarizə aparmaqla yanaşı orqanizmin immun sistemini möhkəmləndirir.


скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.