HİPERTONİYA -ARTERİAL TƏZYİQ

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 2 288
  • 0 rəy

Arterial hipertenziya və ya arterial təzyiq sistolik arterial təzyiqin səviyyəsinin 140mm.c sütunundan yuxarı vədiastolik arterial təzyiqin 90 mm.c sütunundan yuxarı olmasıdırertoniya yunan sözü olub mənası damar tonusunun yuxarı olması deməkdir.
Yayılması:Arterial təzyiqdən yaşlı adamların 40% i əziyyət çəkir.Yaş artdıqca bu xəstəlik get gedə artır və 65 yaşdan yuxarı adamların 70% -ində AT olur.
Ümumidünya Səhiyyə Təşkilatının məlumatına görə hipertoniklərin təxminən yarısı özlərində bu xəstəliklərin olmasını bilir. Bilən xəstələrin də yarısı müalicə alır, yəni təziqi 140/90 mm.cs. dan aşağıda saxlayır. Hesablamalara görə hipertoniklərin 87% i müalicədən kənarda qalır. Hipertoniya xəstəliyinin inkişaf səbəbləri tibbə hələ aydın deyilr. Xəstəliyin inkişafına şərait yaradan səbələr müxtəlifir
– psixi əsəb sarsıntısı, emosional stress
– irsi xüsusiyyətlər
– peşə zərərləriu-küy,gözün daim gərgin olması
– qidalanma xüsusiyyətləri (xörək duzunnan həddindən çox istifadə, kalsium çatışmazlığı)
– beynin diensefal hipotalamik quruluşunun yaşla bağlı dəyişilməsi
– klimaks dövründə
– kəllə zədələri
– intoksikasiya
– yağ-piy mübadiləsinin pozulması
Hipertoniya xəstəliyinin yaranmasında irsi faktorların rolu daha çoxdur.
Patogenezi
Arterial hipertoniyanın inkişafı aşağıdakı səbəblərdən ola bilir
1) periferik damarların spazmı ilə əlaqədar periferik müqavimətin artması
2) ürək fəaliyyətinin çox artması və ya mayenin damardaxili həcminin artması səbəbindən ürəyin dəqiqəlik həcminin artması
3) periferik müqavimətin artması
Vacib məqamlardan biri odur ki, qanda arterial təzyiqin artması orqanizmdə olan bütüb orqanlara bilavasitə təsir edir. Ürək-damar xəsəliklərindən ölüm hallarının əksəriyyəti bilavasitə arterial təzyiqin səviyyəsi ilə əlaqədardır.
Klinikasi
Ağırlaşmaların inkişaf etməsinə qədər xəstəlik simptomsuz keçir. Xəstənin şikayətləri olmur və ya qeyri0spesifi olur. Xəstə çox vaxt alın və ənsə nahiyələrində ağrı hissi, qulaqlarda küy, göz önündə qığılcımların olması, ürək döyüntüsü, tez yorulm, burun qanaxmalarından şikayət edirlər. Kliniki müayinə zamanı diaqnostik müayinə təzyiqin qalxmasıdır. Onun daha dəqiq ölçülməsi üçün bir sıra qaydalara riayət etmək lazımdlr.
Müayinə üsulları
Xəstəliyin müayinəsndə EKQ, qanın, sidiyin, göz dibinin, EXO-kardioqranın nəticələri mühüm rol oynayır.
Müalicəsində təzyiqi aşağı salan və onu normada saxlıyan dərmanlardan istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"HİPERTONİYA -ARTERİAL TƏZYİQ" haqqında müzakirə