Seçdiyiniz həndəsi fiqur sizin necə adam olduğunuzu təsdiq edir. İnanmırsınızsa, özünüz yoxlayın!

  • Müəllif: elnare
  • Tarix: 17 mart 2017
  • Baxış sayı: 7 489
  • 0 rəy

 Seçdiyiniz həndəsi fiqur sizin necə adam olduğunuzu təsdiq edir. İnanmırsınızsa, özünüz yoxlayın!

Həndəsi fiqurlar olan şəkilə diqqətlə baxın. Hansı fiqur sizin xoşunuza gəlirsə seçin və özünüzün necə adam olduğunu təyin edin!

 


Əgər siz kvadratı seçmisinizsə o zaman siz sevdiyiniz peşədə usta ola bilərsiniz.Kvadrat sizin qabiliyyətli olmağınıza işarə edir.Kavadratı seçən adamlar evlərində olan bütün əşyaların yerində olmasını xoşlayır. Kvadrat planlaşdırılmış həyatı, sürprizləri, yeni məlumatlatrı sevən adamların işarəsidir. Kvadratı seçənlərin texnika sahəsində, administrasiya sahəsində və menecerlikdə daha yaxşı uğur qazanma şansı vardır. Belə adamlar diqqətli, operativ, emosional, ətrafdakı insanlara tez qaynayıb qarışan olurlar.

 


Əgər siz üçbucağı seçmisinizsə o zaman siz lider olmağı xoşlayrsiniz. Çünki, üçbucaq liderliyin simvolu sayılır. Üçbucağı seçənlər məqsədlərinə doğru can atanlardır.Belə insanlar enerjili, dözümlü, güclü şəxsiyyətə malik, məqsədini açıq bildirən, doğruluğu sevən və dügün yolla irəliləməyi xoşlayan adamlardır.
Üçbucağı sevən adamlar vəziyyəti qısa müddət ərzində dəyərləndirə bilən adamlar olur. Belə adamlar həyatda başlarına gələn bütün hadisələrdən ağıllarını köməyi ilə çıxa bilirlər. Onlar öz problemlərini asanlıqla həll edə bilir və problemlərinin öhdəsində gəlirlər.
Üçbucağı seçənlər ətrafdakı adamlardan asanlıqla sirlərini öyrənə bilirlər. Bu xüsusiyyətləri isə onların öz işlərində irəlilənəsinə səbəb olur.
Üçbucağı seçən adamlar ətrafdakıların onların qayğısına qalmalarından çox xoşallanırlar.

 


Düzbucaqlını seçənlərin xasiyyətlərində müxtəliflik olur. Amma, onları birləşdirən xüsusiyyət iradələrinin zəif olmaları və qəti qərar edə bilməməlidir. Onların psixi vəziyyətləri işlərində və həyatlarında qəti qərar vermələrinə əngəl olur.Onların ətrafdakı insanlarda ünsiyyərtə girməsi çətin olur.Düzbucaqlını seçən insanlar fikirlərini tez-tez dəyişən və qəti qərar qəbul edə bilməyən adamlar olurlar.

 


Dairə harmoniyanın mifik simvoludur. Dairəni seçən adamlar ətrafdakı insanlarla xoş rəftar edən insanlardır. Dairəni seçənlər ən çox xoş niyyətli olan adamlardır. Belə adamlar ətrafdakıların dərdinə şərik olur, onlara qarşı daha hissiyyatlı davranırlar. Onlar hamının dərdini hiss edir və onlara yardım etməyə çalışan olıurlar. Onların ətrafındakılar isə onları layiqincə qiymətləndirmir və bəzən yalançı adlandırırlar.Dairəni seçən adamlar öz işçilərinə zəif rəhbərlik edirlər.Onlar ətrafdakılarla konfliktə girməyi xoşlamərlar və bu səbəbdən də həyat əhəmiyyətli qərarları qəbul edərkən formallığa yol verə bilirlər.

 

Ziqzaq fiquru seçən insanlar yaradıcı adamlar olurlar. Bu fiqur oyanıq və fərqli olduğuna görə bunu seçən insanlar keçmişlərinə bağlı olmayan insanlar olurlar. Onlar fikirləşdikılərini ətrafdakılardan gizlətməyi bacarmırlar. Bu fiqur kreativliyi, yaradıcılığı, unikal fikirləri sevən bir fiqurdur. Dominant stili ilə seçilmək istəyən ziqzaqsevərlər müxtəlif vasitələrlə məqsədlərinə çatmaq istəyənlərdir. Bu cür adamlar ətrafdakıların daima gözünü açmağa çalışır və sərbəstliyi sevirlər. Onlar eyni işdə uzun müddət işləməyi sevmir və dəqiqlikdən qıcıqlanırlar. Ziqzaqı seçən insanlar konkret detallarla iş görməyi sevmrlər və bir işi axırına kimi çatdırmaqda çətinlik çəkirlər.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Seçdiyiniz həndəsi fiqur sizin necə adam olduğunuzu təsdiq edir. İnanmırsınızsa, özünüz yoxlayın!" haqqında müzakirə