Dirsək sinirinin nevriti

Dirsək sinirinin nevriti.
Dirsək sinirinin nevriti bazu kələfinin sinirlərinin zədələnmələri sırasında rast gəlmə tezliyinə görə ikinci yerdə durur.
Patologiyaya ən çox dəzgaha, stola və başqa əşyalara söykənərək işləyən, hətta uzun müddət kresloya dirsəklənən şəxslərdə dirsək oynağı sahəsində sinirin sıxılması nəticəsində baş verir. Adətən bu üzülmüş, arıqlamış adamlarda olur. Sinirin izolə olunan uc zədələnməsi, bazunun daxili kondilusunun sınığı və kondilusüstü sınıqlar zamanı baş verir. Bəzən dirsək sinirinin zədələnməsi səpgili yatalaqda, qarın yatalağında və digər kəskin infeksiyalar zamanı baş verə bilir.
Dirsək sinirinin nevriti aşağıdakı əlamətlərlə özünü bildirir:
– əlin içəri səthində keyimələr
– 4 və 5-ci barmaqların keyiməsi
– barmaqların yaxınlaşdırıcı və uzaqlaşdırıcı gücünün zəifləməsi
– əlin caynaqlı pəncəyə bənzəməsi.
Dirsək sinirinin nevritində əlin xırda əzələləri atrofiyaya uğrayır. Müayinə zamanı barmaqları ovuc kimi sıxdıqda 2 barmaq tam, 1 barmaq isə yarı halda bükülmür. Bu zaman dördüncü və beşinci barmaqların aralanması və yaxınlaşması mümkün olmur.
Dirsək sinirinin nevriti zamanı barmaqların adi kağızı saxlamaq qabiliyyətinə malik olmaması müəyyən edilir və orta sinirin innervasiya etdiyi birinci barmaq bükülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
Добавить комментарий

Оставить комментарий

Şifrə görsənmirsə yenilə