İflicin bizə xəbərdarlığının 8 əlaməti

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 7 120
  • 0 rəy

İflicin bizə xəbərdarlığının 8 əlaməti.
Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu əlamətlərin bizdə olması gələcəkdə iflic ola bilməmiz şübhəsini təsdiqləyir.
Aparılan araşdırmalar iflic xəstələrinin sayının günü-gündən artdığını dildirir. Gələcəkdə ifilic olma ehtimalını bilmək xəstəliyin qarşısını almaqda yardımçı olmasını nəzərə alaraq mütəxəssislər hamının bu əlamətləri bilməsini tövsiyə edir.
Bu əlmətlər 50 xəstədən 1-də iflic olmamışdan 24 saat əvvəl özünü göstərmişdir.
Adətən iflic beyinə qansızma və beyin damarlarının infarktı zamanı baş verir. Bu zaman damarların qidalandırdığı hissə lazım olan qədər oksigenlə qidalanmır və həmin hissə nekrozlaşır. Beyində baş verən patologiyalar ətrafların iflicinə səbəb olur. Bunların baş verməməsi üçün sizin də orqanizminizdə olan əlamətlərə diqqət verməniz lazımdır.
1. Yüksək təzyiq.
Yüksək təzyiq orqanizmə verdiyi fəsadı birdən-birə hiss etdirmir. Uzun müddət baş verən yüksək təzyiq beyinə verdiyi patologiya sayəsində iflicə səbəb olur. Vaxtaşırı təzyiqi yüksələn hər bir kəs mütləq həkimə müraciət etməlidir.
2. Boyun tutulması.
Beyin damarlarında baş verən patologiyalar boyunda narahatçılıqlara səbəb olur. Əgər çənənizə, sinənizə toxunduqda ağrıyırsa və şiddətli baş ağrılarınız olursa mütləq həkimə gedin.
3. Ayaq sallanması.
Əgər yerimək istədikdə ayağınızın sallandığını hiss edirsinizsə, bu bağların və sinirlərin zədələnməsini bildirir.
4. Şiddətli baş ağrıları.
Davamlı olaraq başınız ağrıyırsa, mütləq müayinədən keçin və nervpotoloqla məsləhətləşin.
5. Qanda şəkərin miqdarının düşməsi.
Beynin müəyyən hissələrində baş verən qısa müddətli uyuşmalar gələcəkdə iflic olma riskinin olduğunu təsdiqləyir.
6. Görmə pozğunluqları.
Bir və ya hər iki gözdə baş verən ani pozulmalar gələcəkdə iflic olacağınızı bildirən 6-cı əlamətdir.
7. Nitq qüsurları.
Sakit vəziyyətdə danışırkən nitqinizdə qüsurlar meydana çıxarsa, kəkələmə və ya qəfil unutqanlıq baş verirsə, bu gələcəkdə iflic olma ehtimalını təsdiqləyir.
8. Tez yorulma.
İflicin baş verməsini test vasitəsilə yoxlayın. Bunun üçün hər iki qolunuzu eyni zamanda yuxarı qaldırırn. Əgər qolunuzdan biri digərindən daha tez yorulur və aşağı endirmək məcburiyyətində qalırsınızsa, o zaman sizin iflic olmaq şübhəniz vardır. Mütləq həlimə getmək lazımdır.
Bu 8 əlamət barədə ətrafdakılarınızı da məlumatlandırın. Unutmayın ki, siz bununla bir insanın həyatını iflicdən xilas edə bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İflicin bizə xəbərdarlığının 8 əlaməti" haqqında müzakirə